İran: “Pasinaynın “Ararat” klubunda keçirdiyi görüşdə ermənilərin Azərbaycan əleyhinə şüar qaldırmaları yolverilməzdir və özbaşınalıqdır”
Tarix: 04.03.2019 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Ermənistanın baş nazirinin İrana səfəri zamanı Tehrandakı “Ararat” klubunda keçirdiyi görüşdə ermənilərin Azərbaycan əleyhinə şüar qaldırmaları yolverilməzdir və özbaşınalıqdır. AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi keçirdiyi həftəlik mətbuat konfransında deyib. B.Qasemi qeyd edib ki, İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi aydındır. Rəsmi Tehran münaqişənin sülh yolu ilə beynəlxalq prinsiplər çərçivəsində həll olunmasına tərəfdardır. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
İki ölkə arasındakı münasibətlərə toxunan B.Qasemi nəzərə çatdırıb ki, Azərbaycan və İran xalqları ortaq tarixə, mədəniyyətə, adət-ənənəyə malikdirlər. Bu gün Tehran ilə Bakı arasındakı əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Hər iki dövlətin prezidenti siyasi iradə nümayiş etdirərək əlaqələri inkişaf istiqamətinə yönəldib. Birgə iqtisadi layihələr, beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq münasibətlərin mehriban qonşuluq və dostluq əsasında qurulduğunu göstərir.
İran bütün qonşuları ilə yaxşı münasibətdə olmağa çalışır və regionda sülhün və təhlükəsizliyin davamlı xarakter daşımasında maraqlıdır.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info