Erməni polisi vətəndaşın hüququnu tanımır
Tarix: 04.03.2019 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


İrəvan Dövlət Universitetinin rəhbərliyinə dəstək nümayiş etdirən ictimai xadim Narek Malyan bir qrup erməni tərəfindən hücuma məruz qalıb. Qeyd edəilməlidir ki, hadisə gecə saatlarında baş verib. Bu barədə Malyan öz şəxsi «Facebook» səhifəsində məlumat yaıb.
Maraqlıdır ki, erməni polisi baş verənləri adi münaqişə hadisəsi kimi qələmə verməyə çalışsa da, Narek Malyan bununla razılaşmır. Onun sözlərinə görə, burada xuliqanlıq əlamətləri var.: «Mənə hücum edənlər təxminən 10 nəfərdən də çox idilər. Mən əminəm ki, onlar David Petrosyanın rəhbərlik etdiyi «Restart» («Yenidən başla») təşəbbüs qrupunun üzvləridir».
Maraqlıdır ki, erməni ictimai xadimə hücum etdiklərini heç də gizlətməyən qrup rəhbəri David Petrosyan «Narek Malyan zibil qutusunda yeri olacaq bir elementdir»- deyə bildirib.
Ermənistanda ötən ilin aprel-may aylarında baş verən dəyişikliklədən sonra onları hələ xeyli iş gözlədiyini bildirən Petrosyan bu boşluğu doldurmaq üçün əməli işə keçdiklərini bildirib: «Ancaq təəccüblü deyil ki, bu dəyişiklikləri nəzərə almaq istəməyən insanlar var. Onlar əsaslı danışa bilmədikləri üçün, bizi onlarla şəxsi təhqir səviyyəsində danışmaq məcburiyyətində qoyurlar». Doğrudan da, maraqlıdır. Bu də sənə demokratik Ermənistan və onun «humanist» dövlət strukturları.
Qeyd edilməlidir ki, İrəvanın mərkəzində Narek Malyanla baş verən yaşantılara erməni rəsmilərindən hələ də bir reaksiya verilməyib. Təkcə, erməni hüquqşünas Ruben Melikyan şəxsi «Facebook» səhifəsində «əgər dövlət öz evinin kandarında təhqirə məruz qalan bir insanın hüququnu unudub, onu həmin şəxsə qarşı cinayət kimi tanımırsa, bunun nəticələri ölkə üçün gözlənilməz olacaqdır»-deyə bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Rusiyada yeni yaranmış kiçik və orta sahibkarlıq müəssisələri vergidən azad edilib
22.09.2020
Ermənilər qaçmağa yer axtarırlar
22.09.2020
Ermənistanda hökumətə qarşı ümumdövlət mitinqi keçiriləcək
22.09.2020
Moskvada koronavirusdan daha 15 nəfər ölüb
22.09.2020
Paşinyanın yeni müharibə planı - Beynəlxalq ekspertlərin rəyləri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info