Dünya Bankı: «Azərbaycan genişzolaqlı internetin inkişafına görə digər region ölkələrindən üstündür»
Tarix: 24.07.2013 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir müavini Elmir Vəlizadənin Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı xanım Mona Prasad ilə görüşü keçirilib. Nazirlikdən verilən məlumata görə, görüşdə M.Prasadın DB-nın Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyi layihələr və gözləntilərlə bağlı diversifikasiya hesabatı dinlənilib. Ölkədə İKT sektorunun region ölkələri ilə müqayisədə sürətlə inkişaf etdiyini vurğulayan M.Prasad neft gəlirlərinin bu sahənin inkişafına yönəldilməsini müsbət hal kimi qiymətləndirib: “Kanada və Norveç də neft ixrac edən ölkələrdir. Lakin onlar artıq dünyanın inkişaf etmiş ölkələrinə çevrilib. Çünki neft gəlirləri ilə qeyri-neft sektorunu inkişaf etdirə bilib. Lakin dünyada bəzi neft ixrac edən dövlətlər var ki, onlar çoxgəlirli ölkəyə çevrilə bilməyib. Biz görürük ki, Azərbaycan da sürətli inkişaf istiqamətini hədəf seçib və prioritet istiqamətlər sırasında qeyri-neft sektoru əsas üstünlüyə malikdir. Qeyri-neft sektoru üzrə ən inkişaf edən sahələrdən biri isə İKT sektorudur. Genişzolaqlı internet istifadəçilərinin sayının artdığını müşahidə edirik. Bu göstəricilər digər region ölkələri ilə müqayisədə üstündür. Hesab edirik ki, qarşıdakı illərdə artım daha çox olacaq”. 2005-ci ildən etibarən Azərbaycanda İKT sahəsində 2 dəfə inkişaf qeydə alındığını söyləyən M.Prasad qeyd edib ki, bu gün İKT ölkə iqtisadiyyatının mühüm hissəsini təşkil edir: «Sadəcə olaraq, neft gəlirləri artdığından bu, bir o qədər də hiss olunmur».Nazir müavini E.Vəlizadə isə öz növbəsində bildirib ki, hazırda Azərbaycanda internetin imkanları daxili istifadədən üstündür. İnternetin ötürülməsi istiqamətində Azərbaycanın tranzit ölkəyə çevrildiyini və infrastrukturun daha da genişləndirildiyini vurğulayan E.Vəlizadə qeyd edib ki, yerli internet bazarında çox böyük rəqabət mühiti formalaşdırılıb. Azərbaycanın 2020-ci ilə qədər inkişaf planının qəbul olunduğunu, texnoparkların və İnformasiya Texnologiyaları Universitetinin yaradıldığını önə çəkən nazir müavini əlavə edib ki, sözügedən sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu təsis edilib: «Ölkənin artıq 14 universitetində İKT sahəsi üzrə fənlər tədris edilir. Burada tələbələr İT sahəsində fəaliyyət göstərən şirkətlərlə sıx əməkdaşlıq edirlər».

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info