Beynəlxalq strukturlar Ermənistanda iqtisadi inqilab olacağına inanmırlar
Tarix: 04.03.2019 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Xaricdən fərdi pul köçürmələri də ciddi şəkildə azalıb

"Nikol Paşinyanın elan etdiyi kəskin iqtisadi artım və inqilabi inkişaf gözləntilərinə baxmayaraq, Ermənistan hələ də yerində saymaqdadır. Məsələ bundadır ki, dünyanın aparıcı iki beynəlxalq nüfuzlu strukturu, həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu erməni baş nazirin nə ölkədə baş verəcək kəskin iqtisadi inkişaf, nə də iqtisadi inqilabla bağlı dediklərinə inanmır». Bu fikirləri ermənilərin «168 jam» nəşri tirajlayıb. Nəşr daha sonra yazır: «Vaxtilə Nikol Paşinyanın inqilabi inkişafın ölkə iqtisadiyyatına verəcəyi kəskin artım barədə açıqlamasına baxmayaraq, beynəlxalq maliyyə institutları yaxın gələcəkdə Ermənistana heç bir iqtisadi möcüzə vədini vermirlər. Onların proqnozlarına görə, Ermənistan iqtisadiyyatı, ən yaxşı halda, iqtisadi inkişafla bağlı orta artım zonasında olacaq. Təbii ki, bu proqnozdur və əslində, bəzi ehtimallara görə bu, orta artımdan da aşağı yuvarlana bilər. Burada söhbət yalnız 4,3-5 faizlik inkişafdan gedirsə, əslində bu, inqilabdan sonrakı inkişaf üçün arzuolunmazdır.
Belə bir artımla, həm iqtisadiyyat, həm də sosial sahədə ciddi gözləntilərə sahib olmaq mənasızdır. Bu gün hökumət hərtərəfli iqtisadi artımı təmin etmək niyyətində olduğunu söyləyir. Amma unudur ki, 4-5 faiz artım cəmiyyətin sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxara biləcək səviyyə deyil. Bunun üçün daha yüksək səviyyədə - ən azından 7-7,5 faizlik iqtisadi artımı təmin etmək lazımdır. Qeyd edilməlidir ki, bu ehtimal beynəlxalq strukturlar - Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun hesabatlarıdır. İndi erməni xalqı kimə inanmalıdır- Nikol Paşinyana, yoxsa beynəlxalq nüfuzlu təşkilatlara?

Erməni cəmiyyəti Nikol Paşinyanın ölkədə iqtisadi və sosial vəziyyəti dəyişə biləcək sehrli çubuğa sahib olmadığını anlamağa başlayıb

Məsələ bundadır ki, Ermənistanda bu gün Nikol Paşinyanın vəd etdiyi böyük tərəqqi əvəzinə, əvvəlki iki ilə nisbətən iqtisadi artımın yavaşlaması gedir. Xatırladaq ki, 2017-ci ildə Ermənistanda ÜDM-in artımı 7,5 faiz təşkil etmişdisə, 2018-ci ildə bu göstərici 5.2 faizə enib. Əslində, hazırda ölkəyə xarici maliyyə axınları ilə əlaqədar da problemlər yaşanmaqdadır. Bu problemlər, daha çox, ötən ilin son aylarında özünü büruzə verməyə başlayıb. Artıq xaricdən fərdi pul köçürmələrinin azalması son bir neçə ayda müşahidə olunmağa başlayıb ki, bu da narahatlıq doğurmaya bilməz. Problem doğuran məsələlərdən biri də bu gün Ermənistandakı vəsaitlərin xaricə axını ilə bağlıdır. Bu, Ermənistan iqtisadiyyatı və maliyyə sektoru üçün ciddi bir riskdir. Çünki Paşinyanın verdiyi vədlərin bir qolu olan xaricdən gözlənilən iqtisadi sərmayə hələ ki, yoxdur. Məhz elə bəlkə də bunun nəticəsidir ki, baş nazirin Ermənistan iqtisadiyyatı və cəmiyyətinə nə verəcəyindən asılı olmayaraq, iki beynəlxalq nüfuzlu struktur ölkədə gözlənilən kəskin inkişaf və iqtisadi inqilaba inanmırlar. Deməli, bunlar Ermənistanın gələcəyi üçün o qədər də yaxşı gözlənti olmamasından xəbər verir. Artıq erməni cəmiyyəti Nikol Paşinyanın ölkədə iqtisadi və sosial vəziyyəti dəyişə biləcək sehrli bir çubuğa sahib olmadığını anlamağa başlayıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır
26.09.2020
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 22 nəfər ölüb -VİDEO
26.09.2020
Paşinyana Azərbaycanla müharibə niyə lazımdır? - Rusiyalı ekspertin şərhi
25.09.2020
Ermənistanda kənd sakinləri “Qazprom“un əməkdaşlarına hücum edib
24.09.2020
Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info