Ehtiyat zabit hazırlığı kursuna psixoloqlar da qəbul olunur
Tarix: 04.03.2019 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Martın 4-dən Müdafiə Nazirliyinin hərbi hissələrində həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən, müddətli həqiqi hərbi xidməti başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlardan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasında sənəd qəbulu başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələri müəyyən edilmiş vətəndaşlar fiziki hazırlıq, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanlara buraxılacaq. Hərbi hissələrdə vakant hərbi psixoloq vəzifələrinə təyin olunmaq məqsədilə psixoloq ali təhsili olan vətəndaşlara da kursa müraciət etmələri təklif olunur. Kursu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar. Ehtiyat zabit hazırlığı kursuna qəbul martın 27-dək davam edəcək. Müraciət etmə ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi). Martın 4-dən 27-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək qəbul komissiyasına müraciət etmək olar. Əlaqə telefonu: (012) 538-85-62. Məhkumluğu olan hərbi vəzifəlilərin ehtiyat zabit hazırlığı kursuna qəbul üçün müraciət etməmələri xahiş olunur.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info