Diplomatik korpusun nümayəndələri vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə məlumatlandırılıb
Tarix: 04.03.2019 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Martın 4-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici işlər və Vergilər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə edilmiş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib. Görüşdə diplomatik korpus nümayəndələri vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə məlumatlandırılıb. Tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cabbarov ölkədə aparılan iqtisadi islahatlar, xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti, vergi islahatları, onların məqsəd və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, qarşıdakı dövrdə ölkə iqtisadiyyatının qarşısında duran əsas iqtisadi vəzifələr ixracyönümlü qeyri-neft sənayesinin yaradılması, xammala bağlı olmayan inkişaf mexanizmlərinin qurulması, biznes mühitinin və sahibkarlığın inkişafının stimullaşdırılmasıdır. Bu hədəflərə nail olmaq üçün vergi qanunvericiliyində, vergi inzibatçılığında və bilavasitə idarəetmə sistemində köklü islahatlar aparılır.
Nazir 2018-ci ildə dövlət-biznes münasibətlərində yeni yanaşmaların sərgiləndiyini, “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması üçün yeni iqtisadi mexanizmlərin tətbiq edildiyini diqqətə çatdırıb. M.Cabbarov vergi islahatlarının əsas prinsipləri sırasında proqnozlaşdırılmasının mümkünlüyünü, şəffaflıq və bərabərliyə əsaslanmasını qeyd edib. O, islahatların biznesin könüllü əməletmə səviyyəsinin və fiskal gəlirlərin artmasına müsbət təsir göstərdiyini də vurğulayıb. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərin ölkədə sahibkarlıq və investisiya mühitinin cəlbediciliyinin artırılması, biznes aparılması üçün mövcud şərtlərin daha da yaxşılaşdırılması məqsədini daşıdığı qeyd edilib. Sonra Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı tədbir iştirakçıları üçün geniş təqdimat keçirilib, diplomatik korpus nümayəndələrinin sualları cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info