Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib
Tarix: 04.03.2019 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının (RTA) üzvlərinin ümumi yığıncağında M.V.Lomonosov adına MDU-nun rektoru, akademik V.Sadovniçinin təqdimatına əsasən yekdilliklə RTA-nın akademiki (xarici üzvü) seçilib. http://rusacademedu.ru/news/v-rossijskoj-akademii-obrazovaniya-proshlo-obshhee-sobranie-chlenov-rao/
AZƏRTAC xəbər verir ki, Rusiya Təhsil Akademiyasının yeni, o cümlədən xarici üzvləri maksimum dərəcədə şəffaf prosedur əsasında - gizli səsvermə yolu ilə, səslərin hesablanması üçün RF Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən ümumrusiya seçkilərində istifadə edilən qaydalara analoji olan elektron vasitələr (KOİB) tətbiq edilməklə seçilib. Yığıncağa qatılan Akademiya üzvlərinin hamısı səsvermədə iştirak edib. Ümumi yığıncaqda 200-ə yaxın görkəmli rusiyalı və əcnəbi alim, Akademiyanın üzvləri, RF Prezidenti Administrasiyasının, RF Hökumətinin, federal nazirlik və idarələrin, RF Dövlət Dumasının nümayəndələri, RTA Qəyyumlar Şurasının üzvləri, görkəmli elm və dövlət xadimləri iştirak ediblər. Yığıncaqda “Təhsil” və “Elm” milli layihələrinin həyata keçirilməsində Rusiya Təhsil Akademiyasının iştirakı, habelə RTA-nın inkişafına dair perspektiv planlar və ən yaxın genişmiqyaslı layihələr müzakirə edilib. Yığıncağın ikinci hissəsində Akademiyanın yeni üzvlərinin və onun idarəetmə orqanlarının nümayəndələrinin seçkiləri keçirilib.
Professor Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Xannelora (Almaniya Federativ Respublikası və İsveçrə Konfederasiyasının vətəndaşı) və Fransisko Pons (İspaniya Krallığı və İsveçrə Konfederasiyasının vətəndaşı) da RTA-nın xarici üzvləri seçiliblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info