Putin raketlərin ləğvinə dair sazişin dayandırılması barədə fərman imzalayıb
Tarix: 04.03.2019 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin orta və yaxınmənzilli raketlərin ləğvinə dair sazişin dayandırılması barədə fərman imzalayıb. Sənəd imzalandığı gündən qüvvəyə minir
TASS xəbər verir ki, Rusiya sənəddə nəzərdə tutulan öhdəliklər üzrə ABŞ-ın yol verdiyi pozuntular aradan qaldırılana və ya onun fəaliyyəti qüvvədən düşənədək sazişin yerinə yetirilməsini dayandırmağı qərara alıb. Bununla yanaşı, Rusiya sazişin təsirinə düşən raketləri sərhədyanı ərazilərdə yerləşdirməyi planlaşdırmır. Xatırladaq ki, ABŞ və SSRİ orta və yaxın mənzilli raketlərin ləğvi barədə sazişi 1987-ci ildə imzalayıb. Sazişə əsasən 1991-ci ilin iyun ayına qədər SSRİ 1846, ABŞ isə 846 raket kompleksini məhv edib. Lakin 2019-cu il fevralın 2-də bir sıra qarşılıqlı ittihamlardan sonra ABŞ Prezidenti Donald Tramp sazişdən çıxdığını elan edib. Kreml isə öz növbəsində belə addıma analoji cavab verəcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Fransa, Almaniya və İngiltərə İranın nüvə razılaşmasını müzakirə edəcək
23.09.2019
İran saxlanılan “Stena Impero“ tankerini tezliklə sərbəst buraxacaq
22.09.2019
Ərdoğanı ABŞ-da izdiham qarşılayıb
22.09.2019
ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcək
22.09.2019
Şoyqu ABŞ bazalarının sayını açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info