Azərbaycanda narkomanların sayı açıqlanıb - 31 min 432 nəfər
Tarix: 04.03.2019 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb. Səhiyyə Nazirliyindən özəl olaraq Trend-ə bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub. Narkomanların 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatdadır. 2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2 017 nəfər, 2016-cı ildə 2 142 nəfər, 2017-ci ildə 2 115, 2018-ci ildə 1995 nəfər olub.
Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər. Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 9 nəfər (2017-ci ildə 5, 2016-cı ildə 5), 18-24 yaşlı 1734 nəfər (2017-ci ildə 1566, 2016-cı ildə 1447 nəfər), 25-29 yaşlı 4367 nəfər (2017-ci ildə 4225, 2016-cı ildə 4076), 30-34 yaşlı 4722 nəfər (2017-ci ildə 4 463, 2016-cı ildə 4239), 35-39 yaşlı 4841 nəfər (2017-ci ildə 4657, 2016-cı ildə 4542), 40-44 yaşlı 3856 nəfər (2017-ci ildə 3 707, 2016-cı ildə 3670), 45-49 yaşlı 3581 (2017-ci ildə 3408, 2016-cı ildə 3313), 50-54 yaşlı 3078 nəfər (2017-ci ildə 2 891, 2016-cı ildə 2818), 55-59 yaşlı 2405 nəfər (2017-ci ildə 2275, 2016-cı ildə 2266), 60-64 yaşlı 1865 nəfər (2017-ci ildə 1 875, 2016-cı ildə 1931), 65 yaşdan yuxarı isə 974 nəfər (2017-ci ildə 1062, 2016-cı ildə 1142) narkotik istifadəçisi var. Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmayıb.
Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən - tiryək, heroin və kokosdan istifadə edirlər.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Vilayət Eyvazov: Ölkə üzrə cinayətlərin sayı azalıb
16.09.2019
“Azərbaycanın Dostları“ adlı sosial şəbəkə istifadəyə verilib
16.09.2019
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16.09.2019
Azərbaycanlı həkimlərin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub
16.09.2019
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info