“AtaBank” yeni “Səyahət krediti” təqdim edir
Tarix: 24.07.2013 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC müştərilərinə yeni “Səyahət krediti” məhsulunu təqdim edir. Bu barədə “AtaHolding”dən bildirilib. Səyahət krediti məhsulunda kredit üzrə faiz dərəcəsi illik 18%, ilkin ödəniş 30%, kreditin məbləği borcalanın aylıq əməkhaqqının 6 mislinədək və maksimum 5000 manat ekvivalenti təşkil edir.
Kredit maksimum 12 ay müddətinə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına manat, avro və dollarla verilir. Borcalanın ümumi iş stajı 1 ildən az, yaş həddi isə 22 yaşdan aşağı olmamalıdır. Lakin son iş yerində iş stajı 6 aydan az olduqda borcalan əmək kitabçasının surətini təqdim etməlidir. 3000 min manatdan yuxarı kreditin verilməsi üçün 1 zamin tələb olunur. Ödəniş hər ay bərabər hissələrlə aparılmalıdır. Kredit üzrə faktiki illik faiz dərəcəsi isə 19,04%-dən başlayır. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytını və ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info