Səhiyyə Nazirliyi: Temperatur yüksəldikcə suçiçəyinə yoluxma daha da azalacaq
Tarix: 05.03.2019 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı mövcud olan vəziyyəti dəyərləndirib.
RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, Azərbaycanda suçiçəyi xəstəliyə yoluxma hallarında artım müşahidə edilmir. Hazırda bu xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır: “Hesab edirəm ki, yoluxma halları ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta azdır. Suçiçəyinə yoluxma halları qeydə alındığı hallarda RGEM yerli şöbələri tərəfindən yerlərdə epidemik tədbirlərin aparılması təmin edilir. Bununla da xəstəliyin yayılmasının qarşısı alınır”. Dünyada suçiçəyi xəstəliyi ilə mübarizədə peyvəndin tətbiq edildiyini deyən A.Əliyeva əlavə edib ki, Azərbaycanda suçiçəyi idarəolunmayan xəstəliklər qrupuna daxil olunur və ona qarşı peyvənd tətbiq edilmir. Suçiçəyinin də payız-qış mövsümü üçün xarakterik xəstəlik olduğunu söyləyən mərkəz rəsmisi vurğulayıb ki, havanın temperaturu yüksəldikcə xəstəliyə yoluxma halları daha da azalacaq. A.Əliyeva Azərbaycanda "koksaki" virusunun yayılması barədə səslənən fikirlərə də münasibət bildirərək indiyədək aparılan laborator müayinələr zamanı bu virusa yoluxma halının aşkarlanmadığını açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Azərbaycan əczaçılarından Prezidentə dəstək
26.10.2020
Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti
21.10.2020
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
20.10.2020
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
20.10.2020
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11803

1 Manqal salatı
2 Burunda olan tükləri kəsmək olmaz...
3 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
4 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
5 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info