Rəsul Quliyevlə Müsavatın müttəfiqliyi başa çatdı
Tarix: 24.07.2013 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Arif Hacılı körpüləri yandırdı

Bir neçə gün öncə Açıq Cəmiyyət Partiyası (ACP) lideri Rəsul Quliyevin Müsavat başqanına qarşı səsləndirdiyi kəskin fikirlər iki partiya arasında ciddi qalmaqala səbəb olub. “Milli şura”da birləşdiklərini iddia edən ACP və Müsavatın arasında artıq heç bir pərdə də qalmayıb.
Xatırladaq ki, Rəsul Quliyev İsa Qəmbəri dağıdıcılıqda ittiham edərək onun prezidentliyə layiq olmadığını bildirib. O, deyib ki, İsa Qəmbərin prezidentin səlahiyyəti və məsuliyyəti barədə anlayışı 1992-ci ilin may ayının səviyyəsində qalıb.
Rəsul Quliyevin Müsavat başqanı İsa Qəmbərin əleyhinə səsləndirdiyi sərt ittihamlarla bağlı qalmaqal isə artıq böyüməkdədir. ACP sədrinin müavini Vaqif Mahmudov da liderinin ittihamlarını dəstəkləyərək bir daha Müsavatla ciddi problemlər yaşandığını təsdiqləyib.
O,deyib: “Rəsul Quliyev Müsavata yönəlik açıqlamasında əsasən “milli şura”nın dəsti-xəttinə, fəlsəfəsinə toxunub. Söhbət “milli şura”da vahid birlik və vahid namizəd məsələsindən gedir. Bu baxımdan Rəsul Quliyev vurğulayıb ki, Müsavatın apardığı siyasət “milli şura”nın, hərəkatın ana xəttinə ziddir”.
Vaqif Mahmudovun sözlərinə görə, Müsavatın siyasətində vahid birliyə qarşı separatçılıq elementləri müşahidə olunur.
ACP rəsmisinin fikrincə, ayrıca qüvvənin seçkidə iştirakı səmərəsizdir: “Rüstəm İbrahimbəyovun vahid namizədliyi elan olunub. 20 ildə bir vahid mərkəz yaradılıb. Prezident olmaq istəyən şəxs bütün qüvvələri bir araya gətirə bilməlidir, ortaq məxrəc yaradılmalıdır.”
AXCP ilə söz savaşını bitirməmiş ACP ilə davaya qalxan Müsavat funksionerlərindən Rəsul Quliyevə cavab da gecikmədi. Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı özünün “Facebook” sosial şəbəkəsindəki profilində Rəsul Quliyev barədə kəskin fikirlər söyləyərək açıqlama yayıb.
Açıqlamada deyilir:
“1992 ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu, ilk növbədə cinayət qanunvericiliyi, eyni zamanda siyasi konyunktura baxımından real idi.
Rəsul Quliyev o dövrün termini ilə desək ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi. Saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu. O dövrün ən populyar qəzeti olan "Müxalifət "qəzetində Rəsul Quliyevin iqtisadi cinayətləri barədə "Qarət" başlıqlı silsilə yazılar dərc olunmuşdu. MTN nazirinin 1- ci müavini Sülhəddin Əkbər Prezident Aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi.
"Rəsul Quliyev elə adamdır ki, onunla ya işləmək ya da onu öldürmək lazımdır" kimi mənasız konsepsiyanın yiyələri bütün bunlara baxmayaraq onu əvvəlcə neft şirkətinin, sonra isə hökumətin ikinci adamı postuna gətirdilər ki, bu da Elçibəy hökuməıtinin süqutunda həlledici rol oynadı.Sonralar bəlli oldu ki,Rəsul Quliyev ona layiq olduğundan dəfələrlə yüksək vəzifə vermiş hökumətə minnətdar olmamış, baş nazirin 1-ci müavini təyin olunduqdan dərhal sonra hökumətə hərbi müxalifət mövqeyində olan OMON birləşməsinin bir polkunu Bakıda "Cənub" mehmanxanasında yerləşdirərək, çevriliş planının əsasını qoymuşdu.
Acı həqiqətdir ki, 2003 -cü ildə Rəsul Quliyev İsa Qəmbərin müdafiəçısı olmaq, 2005 də isə artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq imkanına sahıb oldu. 2005 ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki, nəticələri hələ də davam edir. Rəsul Quliyevin oyunbazlığı ucbatından həbs olunanların əksəriyyəti hələ də həbsxanalarda qalmaqdadır.
Əslində, heç olmasa 2005 hoqqalarından sonra onu durdurmaq zamanı idi.Təəssüf ki, bəzi dostlarımız öz siyasi maraqlarını düzgün qiymətləndirə bilmədiklərindən buna imkan vermədilər. Yenidən Rasul Quliyevə müxalifətçi mandatı verdik. Gözlənildiyi kimi əlinə verdiyimiz oxla birinci bizi nişan aldıBiz bu tip adamlarla birlikdə yox, onlardan ayrı, onlara qarşı olanda güclüyük.
Bizim gücümüz hər cür həşaratla birgəliyimizdə deyil”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info