Vladimir Solovyov: “Ermənistan Ukrayna ssenarisi ilə gedir“
Tarix: 06.03.2019 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


“Bu, Ermənistan üçün kədərli sonluqla yekunlaşa bilər”

Şübhəsiz ki, əsl müstəqilliyi olmayan dövlət demokratik ola bilməz. Dövlətin mövcudluğu xalqın demokratik hüquqlarının formalaşmasına və təminatına əsas verir. Məhz bu halda dövlət öz idarəçilik funksiyasını demokratiyanın tələbləri ilə yerinə yetirir. Maraqlıdır ki, «ArmenianReport» saytında Ermənistanın bu gününü özündə əks etdirən «Cəza -demokratiya əlaməti deyil» adlı yazını oxuyarkən «Paşinyan demokratiyası»nın hələ ki, yuxarıda sadaladığımız məziyyətlərdən xeyli uzaq olduğunu görürük. Əslində bu, erməni yazarın da gəldiyi qənaətdir: «Ermənistanda «məxməri inqilab» yolu ilə hakimiyyət dəyişikliy bizdə böyük ümidlər doğurmuşdu. Ancaq indi etiraf edilməlidir ki, ölkədə inqilabdan sonrakı gedişat məyusluq yaratmaqdadır. Bunun ilk mənfi simptomları, hələ Respublikaçılar Partiyası nümayəndələrinin onlara qarşı aparılan təhdidlərdən şikayət etməyə başladıqdan sonra ortaya çıxdı. Təbii ki, bu da əsassız deyilmiş. Elə bir neçə müddət bundan əvvəl erməni fəal Narek Malyana qarşı törədilən cinayət artıq ölkənin gələcək inkişafı barədə bir çox nüanslardan xəbər verməkdədir. Sabiq universitet tələbəsi, təhsil aldığı ali məktəbdən qovulduqdan sonra «Restart» təşəbbüs qrupu yaradan David Petrosyan və onun tərəfdarlarının kimlərəsə qarşı ədalətsizlik etməsinə nə ad vermək olar? Sual olunur, «demokratik ölkə»də (?) bir qrup gəncin zorakılıq yolunu seçməyə qərar vermək hüququ varmı? Onların vaxtilə «məxməri inqilaba» qatılaraq Paşinyanın ətrafında olmaları istisna edilməsə də, indi heç kim onlara hər hansı bir şəxsə qarşı zorakılıq həyata keçirmək haqqı vermir.

“Bu gün ölkədə mütəxəssis qıtlığının olması göz önündədir. Səriştəli mütəxəssislərin əksəriyyəti, geri dönməmək şərtilə, ölkəni artıq tərk ediblər”

Ermənistanda inqilab kimə qarşısa haqsızlıq etmək, onu susdurmaq üçün həyata keçirilmədi. Bu gün Ermənistanda əvvəlki hökumət tərəfdarlarının hüquqlarını məhdudlaşdırmaq üçün qanunlar tətbiq etmək barədə fikirlər səsləndirilir. Doğrudanmı, bu lazımdır? Bəlkə də lazımdır. Çünki, əks halda, yaxın zamanlarda ölkə üçün repressiyalar və intiqam “hovuzuna” atılmaq riski artacaq. Bundan başqa, erməni spesifikliyini də anlamaq lazımdır. Bu gün ölkədə mütəxəssis qıtlığının olması göz önündədir. Səriştəli mütəxəssislərin əksəriyyəti, geri dönməmək şərtilə, ölkəni artıq tərk ediblər. Baş nazir Paşinyanın bu sahədə «aclıq» çəkdiyini iddia edən bəzi erməni ekpertlər də, haradasa, haqlıdırlar. Maraqlıdır ki, onların əksəriyyəti dünya təcrübəsinə istinadən, bir çox Avropa ölkələrində baş verən inqilabdan sonra sabiqlərə “qapının göstərildiyini” nümunə kimi önə çəkirlər. Erməni yazarın təbirincə, əslində, bu da çıxış yolu deyil. Onun fikrincə, siyasi rəqiblərə hörmət sivilizasiyalı, demokratik bir cəmiyyətin mühüm əsaslarından biri olmalıdır. Amma Ermənistanda bütün bunlara əməl olunurmu?
«Ermənistanda yaşanan hadisələr göstərir ki, bu ölkədə də Ukrayna texnologiyalarından istifadə olunur». Qeyd edək ki, bu fikirləri martın 5-də rusiyalı telejurnalist Vladimir Solovyov "Vesti FM" radiosunun "Tam əlaqə" proqramında səsləndirib . O, Ermənistanın da Ukrayna ssenarisi ilə getdiyi barədə xəbərdarlıq edib. Maraqlıdır ki, erməni cəmiyyətinin sağlam qüvvələrinə müraciət edən Solovyov onları ölkə gənclərinin Ukrayna metodlarından istifadə etməməsi üçün yardımçı olmağa çağırıb. Onun fikrincə, bu, Ermənistan üçün kədərli sonluqla yekunlaşa bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
15.04.2019
Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq
11.04.2019
“Trthaber.com”: “Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir”
08.04.2019
“Aksam.com.tr”: “Azərbaycan Türkiyədə investisiyalarını artıracaq”
06.04.2019
Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info