“Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək”
Tarix: 24.07.2013 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Sərdar Cəlaloğlu: “Onun və “milli şura” üzvlərinin bütün davranışlarından görünür ki, onların məqsədi seçki hazırlığı deyil”

“İbrahimbəyovun Rusiyada oturub bazarlıq etdiyini bildirirlər”


“Milli şura” adlı müxalif qurumun əsas problemlərindən biri bu qurumun özünə sədr və seçkidə namizəd seçdiyi Rüstəm İbrahimbəyovun seçki ərəfəsində Azərbaycana gəlib-gəlməyəcəyi ilə bağlıdır. Çoxları onun Azərbaycana gəlməkdən qorxduğunu bildirir və seçkidə buna görə də “milli şura”nın fiaskoya uğrayacağını qeyd edirlər. Elə İbrahimbəyov özü də dəfələrlə konkret tarixlərdə gələcəyini vəd versə də, sonda bu “gəliş”lərini təxirə salmalı, uzatmalı olub. Bu isə “milli şura” və İbrahimbəyovla bağlı müəmmaların sayını daha da artırmış olur.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Palitra”ya açıqlamasında bildirdi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək: “Rüstəm İbrahimbəyovun və “milli şura” üzvlərinin bütün davranışlarından görünür ki, onların burada məqsədi seçki hazırlığı deyil”.
S.Cəlaloğlu onu da qeyd etdi ki, Rusiyadakı müəyyən dairələr “milli şura”dan Azərbaycan hakimiyyətinə qarşı bu seçki ərəfəsində yalnız bəzi məsələlərdə təzyiq üçün istifadə etmək istəyirlər. Onlar bu qurumu bu cür lokal fəaliyyətlə məhdudlaşdırmaq istəyirlər. Bu da onu göstərir ki, müxalifət düşərgəsində “milli şura” kimi bir quruma ehtiyac yoxdur. İbrahimbəyov indi Rusiyadadır, onun orada oturub bazarlıq etdiyini bildirirlər. Ümumiyyətlə, Rüstəm İbrahimbəyov və Rəsul Quliyev kimi şəxslər Azərbaycana daha da yaxın gəlmək əvəzinə, uzağa gedirlər. Rəsul Quliyev də vaxtilə bizim sədrimiz olub, ona görə də bu cür situasiyalarda atılan addımların konkret mənasının nə olduğunu yaxşı bilirəm”.

“Rusiyadakı müəyyən dairələr “milli şura”dan Azərbaycan hakimiyyətinə qarşı bu seçki ərəfəsində yalnız bəzi məsələlərdə təzyiq üçün istifadə etmək istəyirlər. Onlar bu qurumu bu cür lokal fəaliyyətlə məhdudlaşdırmaq istəyirlər”

ADP sədri bildirdi ki, bu müxalif qüvvələr və şəxslər “milli şura”nı düzgün formalaşdıra bilmədilər: “Onlar ümumiyyətlə, “milli şura”nı bir güc mərkəzi kimi formalaşdıra bilmədilər. Bu qurum tam anormal və tərsinə prinsiplərlə formalaşdırıldı. Onlar bu məsələlərdə qeyri-demokratik oldular. Halbuki qeyri-demokratik yolla demokratik dəyişikliklərə nail olmaq mümkün deyil”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info