Yaponiyada ölkənin ən yeni tarixinin bəlkə də ən qəribə qatili aranır. 5 nəfəri qətlə yetirmiş bu şəxs öldürdüyü insanların evlərinin giriş qapısına haykular yazır.
Gündoğar ölkənin mediası polisin aradığı şəxsi “şair qatil” adlandırıb.
“AsiaOne” bildirir ki, bazar günü 3 nəfər evində qətlə yetirilib və onların ikisinin evi yandırılaraq külə çevrilib.
Bazar ertəsi daha 2 nəfər qətlə yetirilib. Bu binəvalar ölənədək döyülüblər.
5 qətlin hamısını eyni şəxsin törətdiyi qeyd edilir.
Müəmmalı qətllər Yaponiyanın qərbindəki Yamaquti prefekturasında, Şunan şəhərinin yaxınlığındakı qəsəbədə törədilib.
Polisdən verilən məlumata görə, qatil öldürdüyü insanların hər birinə hayku həsr edib və yazdığı şeirləri cinayət yerində qoyaraq gedib.
Qeyd dək ki, hayku 17 hecadan və 3 sətirdən ibarət ənənəvi yapon şeir formasıdır.
Öldürülənlərin hamısı 70-80 yaşlı qocalardır.
“Fuji TV”nin verdiyi məlumata görə, qəsəbə sakinlərindən biri, 63 yaşlı şəxsin evinin pəncərəsində də hayku yazılmış kağız tapılıb.
“Ölüm, yanan evin tüstüsü. Bu tüstü həzz verir mənə, bilirsən...”-deyə haykuda yazılıb.
|