Sağlamlığı qorumağın asan yolu
Tarix: 07.03.2019 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Nadir hallarda televizora baxan və müntəzəm olaraq səhər yeməyi yeyən insanlar qan damarları ilə bağlı problemlərdən daha az əziyyət çəkir və daha elastik arteriyalara malik olur.
Bu isə ürək-damar xəstəlikləri və insult riskini azaldır.
Oxu.az xəbər verir ki, bu barədə elmi məqalə “EurekAlert!” nəşrində dərc olunub.
Mütəxəssislər Korinf yunan şəhərinin iki minə yaxın sakininin həyat tərzi ilə bağlı məlumatlarını təhlil edib. Tədqiqata 40-99 yaşları arasında könüllülər cəlb olunub. Məlum olub ki, oturaq həyat tərzi keçirən və tez-tez divanda oturub televizora baxan insanlarda televizordan az istifadə edən insanlarla müqayisədə, qan damarlarında zərərli çöküntülərin miqdarı daha çox olur.
Alimlər qeyd edir ki, aşağı enerji sərfiyyatlı fiziki aktivlik belə, (məsələn, ev işləri) bu aspektdə sağlamlığa müsbət təsir göstərir.
Televizora həftə ərzində 21 saatdan çox baxan insanlarda televizor qarşısında həftəlik yeddi saatdan az vaxt keçirən insanlarla müqayisədə, hipertenziya riski 68 faiz, diabet riski 50 faiz çox olur.
Paralel olaraq, süd, çörək, pendir və qarğıdalı lopalarından ibarət yüksək enerjili səhər yeməyi arteriyaların vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Azərbaycan əczaçılarından Prezidentə dəstək
26.10.2020
Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti
21.10.2020
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
20.10.2020
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
20.10.2020
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11803

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info