Sofiyada polislə etirazçılar arasında toqquşma olub
Tarix: 24.07.2013 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Bolqarıstan paytaxtı Sofiyada baş vermiş toqquşmalarda 7 aksiya iştirakçısı və 2 polis əməkdaşı xəsarət alıb.
Bir müddət əvvəl hökumət əleyhinə keçirilən aksiyanın bir qrup iştirakçısı parlamentin çıxışını bloklayıb. Sonradan eirazçılar parlamentin ətrafında səki plitələri və zibil qutularından barrikadalar quraşdırıb. Bolqarıstan parlamentinin üzvləri tətil ediblər. Tətil ölkədə keçirilən etiraz aksiyalarına dəstək xarakteri daşıyır. Parlamentin sədri Mixail Mikov deputatları işə çıxmamağa çağırıb. Parlament üzvləri vəziyyət sabitləşəndən sonra işə çıxacaqlarını bəyan ediblər. Qeyd edək ki, ölkədə etirazlar 40 gün əvvəl, media maqnat Delyan Peyevski Milli Təhlükəsizlik Xidmətinə rəhbər təyin olunduqdan sonra başlayıb. Sonradan Peyevski istefa verməyə hazır olduğunu bəyan edib, lakin etirazçılar bütün kabinetin istefasını tələb edərək etiraz aksiyalarını davam etdirib. Enerji daşıyıcılara qiymətlərin artması ilə bağlı vüsət almış etirazlar fonunda keçmiş baş nazir Boyko Borisov fevralın 20-də hökumətin istefaya göndərilməsini elan edib. Bundan sonrada, mayın 12-də ölkədə vaxtından əvvəl parlament seçkiləri keçirilib. Mayda yeni hökumətin başçısı Plamen Oreşarski təyin olunub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər
16.09.2018
İran iqtisadiyyatının böhrandan çıxış yolu varmı?
16.09.2018
“Manqxut” qasırğası Çində ciddi fəsadlara səbəb olub, ölənlər var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info