Cümhuriyyət dövründə gerbin hazırlanması: layihə müəllifi Aleksandr Şervaşidze kimdir?
Tarix: 11.03.2019 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən abxaz knyazları nəslindən olan rəssam, dizayner Aleksandr Şervaşidze haqqında məqalə yaradılıb.
MEK-dən bildirilib ki, Aleksandr Şervaşidze Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsinin müəllifidir. Məqalədə maraqlı faktlar yer alıb. Bildirilir ki, “Azərbaycan” qəzetinin 1919-cu il 14 noyabr tarixli buraxılışında dövlət gerbi və himn haqqında məlumat dərc olunub. Xalq Maarif Nazirliyi Cümhuriyyətin dövlət gerbi və himninin işlənib hazırlanmasına dair mülahizələrini hökumətə təqdim edib. Mülahizələrdə qeyd edilib ki, himnin seçilməsi üçün hazırlanmış layihələr 1920-ci il fevralın 1-dək müsabiqəyə təqdim olunmalıdır. Nazirlik dövlət gerbi layihəsinin hazırlanmasını Bakıda olan və öz əsərləri, xüsusilə də Şərq memarlığı, heykəltəraşlığı və rəssamlığına dair bilgiləri ilə məşhurluq qazanmış rəssam knyaz Şervaşidzeyə həvalə olunmasını təklif edib. Hökumətin 1920-ci il 30 yanvar tarixli qərarına əsaslanaraq Xalq Maarif Nazirliyi dövlət gerbi və möhürünün təsvirinin, eləcə də himn mətninin layihələrinin hazırlanması haqqında fevralın 19-da “Azərbaycan” qəzetində müsabiqə elan edib. Müsabiqədə iştirak etmək istəyənlər öz layihələrini mayın 1-dək möhürlənmiş zərflərdə Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Qalib gəlmiş layihələrin AXC istiqlalının ikinci ildönümünədək təsdiq olunması müəyyənləşdirilmişdi. Lakin 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsi nəticəsində bu iş həyata keçmədi. Həmin tarixi hadisədən 71 il keçdikdən sonra Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqənin elan olunması haqqında” qərar qəbul etdi. Qərara əsasən, dövlət gerbinin yaxşı təsviri üçün 5 min manat məbləğində mükafat müəyyənləşdirildi. O dövrdə müxtəlif mətbuat orqanlarında kifayət qədər yeni gerb layihələri dərc olundu. 1993-cü ilin əvvəllərində Milli Məclisdə həmin layihələr, o cümlədən A.Şervaşidze tərəfindən 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. Məhz onun layihəsi rəssam–dizayner Rafiq Məmmədovun müəyyən düzəlişləri və təkmilləşdirməsindən sonra Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiqləndi.
Daha ətraflı məlumatı linkdən oxumaq mümkündür: https://az.wikipedia.org/wiki/Aleksandr_%C5%9Eerva%C5%9Fidze?fbclid=IwAR0QF8bD2KHEspvTUx753lev-01YXl-f5xnayJFDFt5JmqDcwX9f_9PQhv0
Qeyd edək ki, məqalə yaradılarkən Milli Arxiv İdarəsinin saytında yerləşdirilmiş “Azərbaycan gerbinin hazırlanmasında knyaz izi və ya Aleksandr Şervaşidze kim idi?” materialından istifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17.10.2019
Nazir: “2003-2018-ci illər ərzində 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub”
17.10.2019
Bakı Ali Neft Məktəbi ilə “Bahar Enerji Əməliyyat Şirkəti” arasında Anlaşma Memorandumu imzalandı
17.10.2019
İlahiyyat İnstitutunda tələbə vəsiqələri təqdim olunub
17.10.2019
18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info