“İslahatlar radikal müxalifəti “iflic” etdi“
Tarix: 11.03.2019 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


“Bu ilin ilk aylarında cənab Prezident öz çıxışlarında bildirdi ki, bu il bir çox islahatlar həyata keçiriləcəkdir, bu bəyanatdan dərhal sonra cənab Prezident şəhid ailələri ilə görüşlər keçirdi, onların problemlərinin həlli yolunda konkret olaraq addımlar atılması üçün fərman və sərəncamlar imzaladı. Bundan başqa qaçqın və məcburi köçkünlərə yeni mənzillərin verilməsi və problemli kreditlərin həlli ilə bağlı vermiş olduğu qərar vətəndaşların cənab Prezidentə olan inamının əbəs yerə olmadığını bir daha sübut etmiş oldu”. Bunu KİV-ə politoloq Ramiz Alıyev deyib. Politoloqun sözlərinə görə, bu ilin başlamasından üç ay keçməsinə baxmayaraq ölkə başcısının əhalinin sosial rifahının yaxşılaşdırıması üçün imzaladığı fərman və sərəncamlar, həyata keçirmiş olduğu islatlar vətəndaşların dövlətə və dövlət başcısına olan bağlılığını daha da artırmış oldu və Azərbaycan xalqı bir daha əmin oldu ki, cənab İlham Əliyevi özlərinə Prezident seçməkdə yanılmayıb: “Məhz ona görə idi ki, ölkə başcısının regionlara səfərləri zamanı əhali ilə səmimi söhbətlər edən zaman xalqın öz rəhbərinə olan sevgisinin nə dərəcədə olmasına bir daha şahid olurduq, cənab Prezident regionlarda xalq ilə keçirdiyi görüşlər zamanı vətəndaşların sevgisi və alqışı ilə qarşılanırdı. Bütün o gözəl anların qarşılığında əlbətdə ki, ölkəmizə düşmən olan ölkələr və lobbilər boş dayana bilməzdi. Ölkə xaricində dövlətimizə qarşı qaryaxma kampaniyaları aparmaqla yanaşı onların ölkəmizdə fəaliyyət göstərən əlaltıları olan Azərbaycanın radikal müxalifəti vasitəsi ilə də ölkə daxilində xaos yaratmağa, ixtişaşlar törətməyə cəhdlər etməsi gözlənilən idi. Əlbətdə bu gün Azərbaycan dövlətinin Erminstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz ədalətli həll yolu ilə yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması yolunda apardığı qətiyyətli və prinsipal mövqeyi, hərbi, siyasi və iqtisadi gücünün artırması, bütün beynəlxalaq təşkikatlarda söz sahibi olması, ölkə daxilində xalq ilə dövlətin birliyinin günü-gündən daha da möhkəmlənməsi nə ölkəmizə düşmən olan dövlətlərin, nə də ölkəmiz əleyhinə qarayaxma kampaniyalarının aparılmasına himayədarlıq edən lobbilərin planlarına uyğun deyildi. Buna görə də hər vəchlə çalışırlar ki, himayədarlıq etdikləri əlaltıları vasitəsi ilə ölkəmizə və dövlətimizə qarşı qaryaxma kampaniyaları həyata keçirsinlər. Ancaq onu xüsusən bildirmək istərdim ki, cənab Prezidentin apardığı islahatlar radikal müxalifəti “iflic” vəziyyətinə saldı və onların deyə biləcək heç bir sözü qalmadı və onlar yenidən mühacir sənədləri satmaqla məşğul olmağa başladılar”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Ümumdünya İqtisadi Forumunun hesabatı bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16.10.2019
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16.10.2019
XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16.10.2019
Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir
16.10.2019
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info