“Elm aylığı”nda yeni elm sahəsi- Ekonofizika
Tarix: 11.03.2019 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


UNEC-də elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə keçirilən “Elm aylığı” çərçivəsində növbəti müzakirə "Yeni elm sahələri- ekonofizika" mövzusuna həsr edilib. UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, “Elm aylığı”nda keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri də yeni elm sahələrini əhatə edir. Müasir dövrdə bir istiqamətli elm sahələrinin aktual olmadığını bildirən rektor, yeni elm sahəsi kimi 90-cı illərin ikinci yarısından meydana çıxan ekonofizika ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdırıb. Rektor ekonofizika barədə məlumatın azlığını nəzərə alaraq, ilk dəfə olaraq müxtəlif elm sahələrinin nümayəndələrinin eyni problemə müxtəlif bucaqdan baxışının ümumiləşdiriləcəyini vurğulayıb. Ölkənin inkişafına xidmət edən tədqiqatların aparılmasının vacibliyindən söz açan Ə.Muradov UNEC-də Ekonofizika Tədqiqat Mərkəzinin yaradıldığını bildirib. Mərkəzə tanınmış alim, professor Şahlar Əsgərovun rəhbərlik edəcəyini deyib. Professor Şahlar Əsgərov “Ekonomikadan ekonofizikaya” mövzusunda təqdimatla çıxış edib. Müasir dövrdə fənlər və sahələrarası elmlərin daha çox diqqəti cəlb etdiyini bildirən professor, son zamanlar fizika ilə iqtisadiyyatın birləşməsində oxşar proseslərin getdiyini və bunun nəticəsində yeni bir elmin -ekonofizikanın yarandığını diqqətə çatdırıb. Alim çıxışında ekonofizikanın təriflərini açıqlayaraq, onun tədqiqat obyektləri, məqsədi və predmeti barədə ətraflı məlumat verib, fizikanın iqtisadiyyatda tətbiqini riyazi modellərdən istifadə etməklə şərh edib. Tədbirdə iştirak edən UNEC-in məzunu, Malayziya Milli Universitetinin tədqiqatçısı Səid Cəfərli ekonofizika elmi barədə apardığı araşdırmalardan danışıb. Çıxışlardan sonra ekonofizikanın aid olduğu sahə və digər suallar ətrafında müzakirələr aparılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”
17.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info