Körpələrə ən az qoyulan adlar: Əkbər, Əsmər, Lalə, Sevinc...
Tarix: 11.03.2019 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Son 5 ildə (2014-2018) Azərbaycanda yenidoğulan oğlan uşaqlarına ən az qoyulan adlar Əkbər, Emin, Elmir, Fuad, Sübhan, Davud, Sənan, Fateh olub. Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalar nəticəsində məlum olub ki, son 5 ildə 12 507 oğlana Yusif adı qoyulduğu halda, cəmi 1236 oğlana Əkbər, 1225 oğlana Elmir, 1205 oğlana Emin, 1185 oğlana Davud, 1147 oğlana Fuad, 1145 oğlana Sənan, 1129 oğlana Onur, 1084 oğlana Sübhan adı qoyulub. Bu adların hər biri il ərzində demək olar ki, 300-400 uşağa verilib. Yenidoğulmuş qızlara ən az qoyulan adlar isə Nərmin, Sevinc, Lalə, Ləman, Nigar, Aytac, Əsmər olub. Son 5 ildə qızlara ən çox verilən ad Zəhra olub ki, ötən müddətdə bu 11 918 yenidoğulan qıza qoyulub. Lakin ötən müddətdə cəmi 1546 qıza Nərmin, 1526 qıza Nigar, 1429 qıza Ləman, 1306 qıza Sevinc, 1032 qıza Aytac, 1031 qıza Lalə, 1022 qıza Əsmər adı qoyulub. Ümumilikdə ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhra ilə yanaşı, Nuray (8561), Fatimə (7217), Aylin (6675), Məryəm (6404) və s. olub.
Oğlan uşaqlarına isə Yusifdən sonra ən çox qoyulan adlar Əli (9087), Hüseyn (8921), Ömər (6696), Məhəmməd (5861) olub.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar
20.10.2019
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək
20.10.2019
Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info