“X-Ray aparatlarının təsvirlərinin oxunmasına dair təlimçilərin təlimi“
Tarix: 11.03.2019 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Martın 11-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "X-Ray aparatlarının təsvirlərinin oxunmasına dair təlimçilərin təlimi" adlı seminar başlayıb. ÜGT-nin ekspertləri tərəfindən keçirilən seminarda gömrük əməkdaşları iştirak edir.
Seminarın keçirilməsində əsas məqsəd X-Ray aparatlarında xidmət göstərən gömrük orqanı əməkdaşlarının peşə biliklərinin artırılması və onların təlimçi kimi yetişdirilməsidir.
Seminarın açılış mərasimində çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı ətraflı məlumat verib. Ümumdünya Gömrük Təşkilatına tədbirin keçirilməsinə görə təşəkkür edən Səməd Qaralov bildirib ki, malların gömrük sərhədindən keçirilməsi tezliyinin təmin olunması üçün risk qiymətləndirilməsi əsasında seçilmiş mallara texniki nəzarət vasitələri tətbiq edilməklə onlar üzərində gömrük nəzarətinin reallaşdırılmasında bugünki seminarın rolu böyükdür.
ÜGT-nin eksperti Vyara Filipova isə çıxışında Dövlət Gömrük Komitəsi tərəfindən icra olunan islahatları təqdirəlayiq hesab edib. Bildirilib ki, bu islahatlar ÜGT-nin prioritetləri ilə üst-üstə düşür və təlimdən əsas gözləntilər X-Ray və skayner aparatları ilə bağlı çalışmalar, ÜGT tərəfindən hazırlanan alətlər, həmçinin cihazlar barədə mövzuları dərindən mənimsəməkdir.
Daha sonra seminarda ÜGT-nın alətləri, bacarıqların inkişafı, potensialın artırılması və tədris metodları barədə də geniş məlumat verilib.
Qeyd edək ki, seminarın növbəti günlərində "X-Ray aparatının rentgen avadanlıqlarının görünüşünün oxunuşu", "Şəkillərin düzgün interpretasiyası", "Mövcud alətlər və funksiyalar", "Gömrükdə görüntülərə baxan zaman ən adi problemlər, səhvlər hansılardır", "Şəkillərdə fərqli materiallar arasında fərq qoymaq", "Avtomatlaşdırılmış təhlükələrin tanınması sistemi" və digər mövzularda təqdimatlar keçiriləcək. Martın 15-nə qədər davam edəcək seminarın sonunda qrup şəklində tapşırıqlar icra olunacaq və iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Seminarın yekununda isə yeni avadanlıqlarla tanışlıq məqsədilə Abşeron Logistika Mərkəzinə səfər nəzərdə tutulub.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info