Ermənistanın dövlət borcu ilin sonunadək 7 milyard dollara çatacaq
Tarix: 11.03.2019 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Aşot Aqababyan:“Bu gün bəziləri Ermənistanı demokratik bir dövlət kimi qələmə verməyə çalışsalar da ölkənin hazırkı reallıqları başqa nüanslardan xəbər verir”

«Ümumilikdə götürsək, Avropa İttifaqı islahat və inkişaf proqramlarının həyata keçirilməsində Ermənistana kömək etməyə hazırdır». Erməni baş nazir Nikol Paşinyan bu fikirləri hökumət iclaslarının birində səsləndirib. O qeyd edib ki, Ermənistan bir neçə meqaproektləri Aİ ilə müzakirə edib, lakin burada bir nüans var: «Doğrudur, biz Avropa İttifaqının Ermənistanda proqram həyata keçirilməsinə ayıracağı yardıma hazır olsaq da, qarşı tərəf bu proqramları 100 faiz yerinə yetirməyə hazır deyil. Səbəb kimi onlar Ermənistandan ciddi iştirak tələb edirlər. Ona görə də bizim başlıca vəzifəmiz hökumətin gəlirlərini idarəetmə yolu ilə artırmaqdır. Bunun isə başlıca yolu , ilk olaraq, xarici investorların ölkəyə cəlb edilməsidir».

“Nəinki xarici, heç erməni əsilli investorlar da Ermənistana sərmayə qoymayacaqlar”


Sual olunur, hansı yolla? Paşinyan burada bəzi nüansları, o cümlədən ölkəsinin dövlət borcunun ilin sonuna qədər 7 milyard dollara çatacağını unudur. Ölkəyə sərmayə gətirmək üçün erməni iqtisadçı Vardan Bostançıyanın dediyi kimi, «güclü hüquqi əsas və dövlət zəmanətləri lazımdır: «Əgər bunlar yoxdursa, nəinki xarici, heç erməni əsilli investorlar da Ermənistana sərmayə qoymayacaqlar».
Qeyd edək ki, sabiq erməni deputat, iş adamı Aşot Aqababyan «1in.am» saytına verdiyi açıqlamada «Bu gün biz Ermənistanda korrupsiyanın yox olduğunu desək də, əslində bu, belə deyil»-deyə bildirib. Onun sözlərinə görə, nə qədər ki, bu ölkədə korrupsiya mövcuddur, bu halda, nə iqtisadi inqilab, nə də iqtisadi artımdan söz belə gedə bilməz. Maraqlıdır ki, erməni iş adamı Ermənistanda iqtisadi inqilabın həyata keçirilməsi üçün ölkənin bütün kommunikasiyalarının dövlətə qaytarılmasını təklif edir: «Bundan əlavə, iqtisadiyyata aid qanunvericilik çərçivəsində dövlət öz kommunikasiyasına sahib olmalıdır. Bu, dövlətin iqtisadi inqilabı üçün əla dəstək ola bilər».
Ermənistanın korrupsiyadan qurtula biləcəyinin yaxın illərin işi olmadığını gizlətməyən Aqababyan bunun üçün uzun dövr lazım olduğunu bildirir. Onun fikrincə, uzun illər ərzində insanların düşüncə tərzinə köklənmiş korrupsiya bir -iki ildə məhv edilə bilməz: «… Bunun üçün biz ona qarşı konkret addımlar atmalıyıq. Bu gün Ermənistanda qəribə bir tendensiya yaranıb. Belə ki, bəzi tanınan korrupsionerləri tutub, pulunu alandan sonra azadlığa buraxırlar. Doğrudur, onlar bu sərvəti dövlətdən oğurlayıblar, dövlətə qaytarsalar da, kim onların yenidən korrupsioner fəaliyyətlərini davam etdirməyəcəklərinə zəmanət verir? Bu yaxınlarda, Serj Sarkisyanın qardaşı dövlətə qaytardığı 30 milyon qarışılığında ölkədən çıxışına icazə verildi. Amma bütün Ermənistan bilir ki, bu, onun dövlətdən oğurladıqlarının, sadəcə, bir damlasıdır. Bu gün bəziləri Ermənistanı demokratik bir dövlət kimi qələmə verməyə çalışsalar da, ölkənin hazırkı reallıqları başqa nüanslardan xəbər verir. Belə ki, ölkənin hazırkı həyat əlamətləri, əvvəlki Serj Sarkisyanın dövründəki həyat əlamətlərindən heç nə ilə fərqlənmir. Əgər fərq varsa da bu, bəlkə də, mövcud hökumətin ölkədəki qənimətlərin qorunduğu barədə təlqin etdiyi fikirlərdir»
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
ABŞ Rusiyanın “ən təhlükəli“ döyüş gəmisi haqqında
19.10.2019
Paşinyanin müttəfiqləri niyə narazidirlar?
19.10.2019
Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...
19.10.2019
Ukrayna əhalisinin sayı azalır
18.10.2019
Jitomir şəhərində Azərbaycan Mədəniyyət Günlərinə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info