“Bakcell” abunəçilərinə bayram sovqatı – pulsuz 4G internet
Tarix: 11.03.2019 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti öz abunəçiləri üçün xüsusi bahar hədiyyəsi hazırlayıb. Novruz bayramı ərəfəsində “Bakcell” abunəçilərinə 4G şəbəkəsində istifadə üçün 1 Gb pulsuz internet hədiyyə olunacaq.
Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan “Novruz”a həsr olunmuş xüsusi kampaniya çərçivəsində “Mənim Bakcellim” mobil tətbiqetməsini “Google Play” və yaxud “Appstore”dan yükləyib qeydiyyatdan keçən hər bir “Bakcell” abunəçisi 1 Gb pulsuz internet trafiki əldə edəcək. Qeyd edək ki, hədiyyə yalnız “Mənim Bakcellim”də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim olunacaq.
Pulsuz internet 30 gün ərzində yalnız “Bakcell”in super sürətli 4G şəbəkəsində istifadə oluna bilər. Bu kampaniya sayəsində abunəçilər ölkənin ən sürətli və etibarlı 4G şəbəkəsini sınaqdan keçirəcəklər. Kampaniya aprel ayının 15-nə kimi davam edəcək.
Xatırladaq ki, abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün “Bakcell” “Mənim Bakcellim” virtual müştəri xidməti tətbiqetməsini istifadəyə verib. Bu innovativ özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac yoxdur. “Mənim Bakcellim” istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malikdirlər. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edirlər. Bundan əlavə, mobil əlavədə xidmət mərkəzi nümayəndələri ilə onlayn çat imkanı da nəzərdə tutulub. Qeyd edək ki, 1 il ərzində “Mənim Bakcellim” mobil tətbiqetməsi 240 min nəfərdən çox abunəçi tərəfindən yüklənib.
Kampaniyada iştirak edib pulsuz internetdən yararlanmaq üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartı ilə təmin olunmalıdır. 4G-ni dəstəkləyən SİM kartı olmayan “Bakcell” abunəçiləri yaşadıqları əraziyə yaxın olan “Bakcell” Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SIM kartını yeni 4G SIM-kartı ilə əvəzləyə bilərlər.
“Bakcell” şirkəti bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayır!

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info