ADPU-da ustad dərsi
Tarix: 11.03.2019 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Elm günü” ilə bağlı keçirilən tədbirlər çərçivəsində görkəmli ədəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Kamran Əliyevin Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri üçün “Açıq kitab-Dədə Qorqud” mövzusunda ustad dərsi keçirilib.
Tədbiri Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova açaraq bildirib ki, Kamran Əliyev 1953-cü ilin mart ayının 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Diyadin kəndində anadan olub. O, 1969-cu ildə orta təhsilini başa vurduqdan sonra həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olunub. Universiteti fərqlənmə diplomu ilə bitirən K.Əliyev 1974-1976-cı illərdə Şərur rayonunun Xanlıqlar kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. O, 1976-1979-cu illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib, həmin institutda kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 1993-cü ildən Naxçıvan Universitetində müəllim, 1994-2001-ci illərdə həmin universitetdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, eləcə də tədris işləri üzrə prorektor işləyib.
Alim 2002-ci ildən AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, 2012-ci ildən isə Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışır.
O, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2017-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib. Alim 20 kitabın, o cümlədən 12 monoqrafiya, 300-ə yaxın elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 10 namizədlik dissertasiyası müdafiə edilib.
Professor K.Əliyev həmçinin 16 doktorluq və 49 namizədlik dissertasiyasının rəsmi opponenti olub. Professor K.Əliyev 1200 illik tarixi olan “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqi ilə 10 ildən artıq iş apardığını, dastanın bizə şifahi və ya yazılı şəkildə çatması məsələsinə hələ də tam aydınlıq gəlmədiyini, onu şifahi mətn kimi sübut etməyə çalışmasından söhbət açıb. Məsələ ilə bağlı bir sıra inandırıcı faktlardan söhbət açıb, dastanın ayrı-ayrı boylarından, bu boylarda rastlaşılan bayatılardan, dastanda işlədilən ifadələrdən elmi-nəzəri açıqlamalar verib. Mətnin möhtəşəmliyindən danışan alim orada rastlanan rəqəmlərin dili ilə xalqımızın və dastanın tarixinə dair bir sıra gizli məqamlara aydınlıq gətirib. O, eposdakı sirli mənaları, əsərin dərinliklərində rastlaşılan simvolları elmi faktlarla mənalandırıb. Professor K.Əliyevin eposun dili və onun lüğət tərkibi haqqında söylədiyi elmi-nəzəri fikirlər də tədbir iştirakçılarının böyük marağına səbəb olub.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, professor K.Əliyev müasir ədəbiyyatşünaslıq elminin tərəqqisində, ədəbi tənqidimizin inkişafında böyük xidmətləri olan çoxcəhətli bir istedad sahibidir. O, yaradıcılığının bütün dövrlərində öz sözünü demişdir. Ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi sahəsində ardıcıl və səmərəli işləmiş, romantik üslubun tədqiq edilib öyrənilməsində, klassik irsimizin, folklorumuzun mühüm ədəbi – ictimai problemlərinin işıqlandırılmasında böyük əmək sərf etmişdir. Onun qələmindən çıxmış sanballı tədqiqat əsərləri bir daha göstərir ki, K.Əliyev maraq dairəsi, tədqiqat imkanları geniş olan alimlərdəndir. Bu gün “Kitabi-Dədə Qorqud” dastanı haqqında söylədikləri onun tükənməz enerji ilə çalışdığını sübuta yetirir, dastanla bağlı gəldiyi qənaətlər olduqca inandırıcı görünür. Bu görüşdə mən belə qənaətə gəldim ki, Kamran müəllim tələbələrimizə tədqiqat xarakterli çox faydalı məlumtlar verdi, yollar göstərdi, düşüncəmizi yeni faktlarla təzələdi.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
İlahiyyat İnstitutunda tələbə vəsiqələri təqdim olunub
17.10.2019
18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib
17.10.2019
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
16.10.2019
Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir
16.10.2019
Akif Əlizadə: AMEA-da magistratura təhsilinə ciddilik artırılmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info