ABŞ və Rusiya yenə ən böyük silah ixracatçısıdırlar
Tarix: 11.03.2019 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Stokholm Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SIPRI) martın 11-də dərc olunmuş yeni tədqiqatının nəticələrində dünyada silah ticarətinin hazırkı vəziyyəti əks edilib. TASS xəbər verir ki, hesabatda 2014-2018-ci illərdə ABŞ və Rusiyanın ən böyük silah ixracatçıları olduqları qeyd olunub. Sənəddə bildirilir ki, hesabat dövründə Rusiyanın silah ixracı 2009-2013-cü illərə nisbətən 17 faiz azalıb. Bunun əsas səbəbi Moskvanın Hindistan və Venesuelaya silah satışını azaltmasıdır. Rusiya hesabat dövründə 48 ölkəyə silah satıb və bu ticarətin 55 faizi Hindistan, Çin və Əlcəzairin payına düşür. Bunun əksinə olaraq, ABŞ-ın silah ticarəti 29 faiz artıb. Əsas silahların satışı üzrə Birləşmiş Ştatlar Rusiyadan 75 faiz üstündür. Bu rəqəm ötən hesabat dövründə cəmi 12 faiz olub. Son 5 ildə Vaşinqton dünyanın 98 ölkəsinə silah satıb. Bunların əksəriyyəti yüksək texnologiyalı silahlar – hərbi təyyarələr, orta mənzilli qanadlı və ballistik raketlər, idarəolunan bombalardır.
Ümumilikdə isə, 2014-2018-ci illərdə silah ticarətində 7,8 faizlik artım qeydə alınıb. Ən böyük 5 silah ixracatçısı – ABŞ, Rusiya, Fransa, Çin və Almaniyanın payına ümumi silah tədarükünün 75 faizi düşür. ABŞ və Rusiya isə bu bölgüdə 57 faizlik paya sahibdirlər. Ən çox silah alan isə Yaxın Şərq ölkələri – Səudiyyə Ərəbistanı, İraq, Misir, Qətər, İsraildir. Silah ixracatçıları arasında isə Almaniya və Fransanın ticarətinin həcmi müvafiq olaraq 13 və 43 faiz artıb. ən böyük artım Çinin silah ixracında olub (196 faiz). Cənubi Koreya, İsrail, Türkiyə də kiçik ixracatçılar arasındadırlar. Hesabata görə, son 5 ildə silah idxalını ən çox artıran Səudiyyə Ərəbistanı olub (192 faiz).

Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Donald Tramp: “Hillari Klinton ağlını itirib”
20.10.2019
Ya rədd olub gedəcəklər, ya da...
20.10.2019
Makron Suriya mövzusu ilә bağlı Әrdoğanla görüşәcәk
19.10.2019
ABŞ-ın Suriyada olmasının məqsədi bilinmir
19.10.2019
“Suriyadan ordunun çıxarılması strateji səhvdir“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info