“Azərxalça” Nardaranda xalçaçılıq ənənələrini bərpa edir
Tarix: 11.03.2019 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin filialı yaradılıb. Bu filial ötən ilin sonunda fəaliyyətə başlayıb. Burada, əsasən, Bakı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Martın 11-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Nardaran filialının toxucuları ilə görüşüb. Görüşdə filialın direktoru, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli xalçaçı Sürayə Rzayeva məlumat verib ki, hazırda burada 50 nəfərdən çox toxucu çalışır. Bildirilib ki, Bakı qrupuna məxsus çeşnilər minilliklər boyu xalq sənətkarları tərəfindən yaşadılıb. Xalça mütəxəssisləri bu xalçaları yüksək sıxlığına görə dəyərləndirirlər. Bakı xalçaları, əsasən, həndəsi elementlərdən ibarətdir. Hal-hazırda filialda çalışan nardaranlı toxucular qədim xalçaçılıq ənənələrini yaşadır, keyfiyyətli xalçalar toxumağa çalışırlar.
Qeyd olunub ki, "Azərxalça"nın digər filiallarında olduğu kimi, Nardaran filialının toxucuları üçün də tədris-hazırlıq kursları təşkil olunub. Kurslara 150 nəfərdən çox toxucu cəlb edilib. Bu kurslarda xalçaçılığın sirlərinə yiyələnən gənc toxucu Günəş Nəbizadə deyib ki, xalçaçılığın inkişafına göstərilən diqqət və qayğıya, işlə təmin olunduqlarına görə dövlətimizə minnətdardırlar: "Biz gənclər milli dəyərimiz olan xalçaçılığı yaşatdığımıza görə qürur duyuruq. Bu imkanı bizə yaradan Prezidentimiz xalçaçılıq sənətinin hamisidir. Dövlət başçımız "Azərxalça"nın filiallarının açılışlarında iştirak edir, xalçaçılarla görüşür. Bizim kollektivimiz də həmin günü səbirsizliklə gözləyir".
Uzun illərdir ki, xalçaçılıqla məşğul olan Arzu Xalıqova bildirib ki, Azərbaycan xalçaçıları indiki qədər diqqət və qayğı ilə əhatə olunmayıblar: " Son illər ölkəmizdə xalçaçılığa göstərilən böyük diqqət və qayğıdan hər evində xalça toxunan Nardaran qəsəbəsinə də pay düşüb. "Azərxalça"nın Nardaran filialının yaradılması bütün qəsəbə sakinlərini çox sevindirib. Əvvəllər ev şəraitində xalça toxuyurduq. Gözəl xalça toxumaq üçün evdə lazımi şərait yaratmaq çətindir. Emalatxanamızda isə bizim üçün hər cür şərait yaradılıb. Bizə bu şəraiti yaradan dövlətimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır".
"Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kurslarının əhəmiyyətindən danışan toxucu Səbinə Məlikova deyib ki, biz gözəl xalça toxumağı bu kurslarda öyrənmişik. Peşəkar ustalar bizə xalçaçılığın sirləri ilə yanaşı, xalçaçılıq tariximizi də öyrədiblər. Bu isə çox önəmli məsələdir. Biz indi toxuduğumuz çeşnilərin mənasını da, tarixini də bilirik. Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov çıxış edərək bildirib ki, "Azərxalça"nın burada yaradılan filialı dövlət başçısının nardaranlılara növbəti qayğısıdır. Son illər bu qəsəbədə böyük quruculuq işləri aparılıb, qəsəbə sakinlərinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Həmin tədbirlərin davamı kimi, burada "Azərxalça"nın filialı da yaradılıb. Bu bina Azərbaycan Prezidentinin 10 mart 2018-ci il tarixli Sərəncamına əsasən inşa edilib. Adıçəkilən Sərəncama uyğun olaraq, dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılıb. Bir il bundan öncə imzalanan Sərəncam uğurla icra olunub, xalça istehsalı emalatxanasının tikintisi yüksək keyfiyyətlə başa çatdırılıb. Artıq burada xalça toxunmasına başlanılıb. Filialda 150 toxucunun, 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Qısa zaman ərzində kollektiv tam formalaşdırılacaq. Biz Nardaranda və bura yaxın ərazidə yaşayan toxucuları bu filialda işləməyə dəvət edirik. Qəsəbə sakinləri bu filialın yaradılmasını alqışlayırlar. Filialda çalışmaq istəyənlərin sayı gündən-günə artır.
Vidadi Muradov Nardaran filialında gözəl və keyfiyyətli xalçaların toxunacağına əminliyini ifadə edib, kollektivə fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, konfrans zalı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunur.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı
19.10.2019
Gələn ildən məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info