Avropa Liqasının final oyunu ilə əlaqədar viza prosedurları sadələşdirilib
Tarix: 11.03.2019 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun təşkili və keçirilməsi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) rəsmi dəvət məktubunu və ya UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənədi, yaxud final matçına bilet və ya biletin əldə olunmasını təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mayın 15-dən iyunun 1-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Sənədə əsasən, Xarici İşlər Nazirliyinə final oyunu ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısına uyğun olaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UEFA-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək tapşırılıb. Həmçinin Xarici İşlər Nazirliyinə UEFA Avropa Liqasının Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə tapşırıq verilib. Bundan başqa, Dövlət Miqrasiya Xidmətinə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçı ilə əlaqədar ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb. Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu barədə qərarı 2017-ci il sentyabrın 20-də UEFA-nın İcraiyyə Komitəsi qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan cüdoçuları dünya çempionatının ilk günündə iki medal qazanıblar
16.10.2019
Barselonadakı “El Klassiko“nun yeri dəyişdirilə bilər
16.10.2019
Şahmatçımız dünya çempionatında ilk qələbəsini qazanıb
16.10.2019
Messi 6-cı dəfə “Qızıl buts“u qazandı
16.10.2019
“Manchester United“ yeni baş məşqçisini seçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info