Fevralda “195-2” Çağrı mərkəzinə 1200-dək müraciət daxil olub
Tarix: 11.03.2019 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Bu ilin fevralında İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı mərkəzinə 955-i canlı rejimdə birbaşa, 238-i isə səsli menyu vasitəsilə olmaqla 1200-dək müraciət daxil olub. Nazirlikdən bildirilib ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Çağrı mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib. Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək “195-2” Çağrı mərkəzinə 86 minədək müraciət daxil olub. “195-2” Çağrı mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və “195-2” tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info