Səudiyyə Ərəbistanında ilk konservatoriya açılacaq
Tarix: 11.03.2019 | Saat: 23:05:00 | E-mail | Çapa göndər



Səudiyyə Ərəbistanı ölkədə ilk konservatoriya binasını inşa etməyi planlaşdırır. Bunu Krallığın Əyləncələr üzrə Baş İdarəsinin direktoru Turki Al əş-Şeyx bildirib.

AZƏRTAC xəbər verir ki, o, “Əl-Ərəbiyyə” telekanalının efirində deyib: “Mən təbəələr üçün qeyri-adi sürprizi elan etmək istərdim. Mədəniyyət Şurası konservatoriyanın tikintisinə və açılışına tezliklə icazə verilməsi imkanlarını öyrənir”. Doğrudur, Turki Al əş-Şeyx layihənin müddətini və dəyərini açıqlamayıb.
Bundan sonra sosial şəbəkələrdə islahat tərəfdarları ilə mühafizəkarlar arasında mübahisələr başlayıb. Əsasən gənclərdən ibarət islahat tərəfdarları hesab edirlər ki, bu təşəbbüsün vaxtı çoxdan çatıb və o, Krallığın inkişafında irəliyə doğru atılmış addım olacaq. Onların opponentlərinin, yaşlı nəslin nümayəndələrinin fikrincə, musiqi təhsilinin dəstəklənməsi islam normalarını pozur. Onlar düşünürlər ki, konservatoriya yerinə daha çox ilahiyyat məktəbləri və Quran kursları açmaq lazımdır.
Musiqi savadı Krallığın orta və ali məktəblərinin çoxunda hələ də məcburi dərs proqramına daxil deyil. Daha mühafizəkar bölgələrdə ali məktəblərin rəhbərliyi musiqinin qadağan edilməsi barədə fitvaları rəhbər tutur və onlara riayət edir.
Musiqi, ilk növbədə, kütləvi çıxışlar yaxın keçmişə qədər Səudiyyə Ərəbistanında dövlət səviyyəsində qadağan edilmişdi. “Baxış-2030” planının qəbul edilməsi vəziyyəti əsaslı surətdə dəyişib. Ölkədə müntəzəm olaraq konsertlər və festivallar təşkil edilməyə başlayıb, ilk opera binasının tikintisi planlaşdırılır. Təkcə bu il Krallığın musiqi məkanlarında Merayya Keri, Andrea Boçelli və multiinstrumentalçı Yanni kimi musiqiçilər çıxış ediblər.
Bu il Taif və Ər-Riyad əyalətlərində dövlət universitetləri bazasında musiqi alətlərində ifa kursları, vokal və səhnə mədəniyyəti sinifləri açılıb. Dərslər həm oğlanlara, həm də qızlara uyğunlaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı
15.10.2019
İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info