Aviaşirkətlər əlavə gəlir mənbələrindən milyardlar əldə edirlər
Tarix: 12.03.2019 | Saat: 01:50:00 | E-mail | Çapa göndər



Aşağı büdcəli aviaşirkətlər kimi ənənəvi aviaşirkətlər də son illər bilet qiymətlərini tədricən aşağı salırlar. Baza qiymətləri aşağı salan şirkətlər bunun əvəzində əlavə xidmətlərdən böyük gəlir əldə edirlər.

AZƏRTAC xəbər verir ki, səyahət texnologiyaları platforması “CarTrawler” 2014-2018-ci illər ərzində 175 aviaşirkətin bilet satışı dövriyyəsini araşdırıb. Müəyyən edilib ki, şirkətlər həmin dövr ərzində biletlərin baza qiymətlərindən əlavə olaraq təqdim etdikləri müxtəlif xidmətlərə görə gəlirlərini 128 faiz artırıb və 64,8 milyard dollar gəlir əldə ediblər. Dünyada 300-dən artıq aviaşirkətin olduğunu nəzərə alaraq, göstərilən rəqəmlər əslində daha yüksək ola bilər.
Araşdırmaya görə, aviaşirkətlər əlavə baqaj, təyyarə göyərtəsində yer seçimi, hamıdan öncə təyyarəyə daxilolma imkanı, yemək, içkilər, multimedia xidmətlərindən istifadə və digər xidmətləri müştərilərə ödənişli əsaslarla təklif edir və bu xidmətlərin satışından böyük qazanc əldə edirlər. Platforma bu sahədə ən qabaqcıl yerləri ABŞ aviaşirkətlərinin (“United”, “Delta” və “American”) tutduğunu qeyd edib. Bu şirkətlərin hər biri əlavə xidmətlərdən illik təxminən beş milyard dollar gəlir əldə edir.
Platformanın rəyinə əsasən, bilet satışındakı artıq yeni sayılmayan strategiya medalın iki üzü təsirini bağışlayır. Bir tərəfdən müştərilər əlavə xidmətləri fərdi qaydada seçə bilmək imkanı sayəsində onlara lazım olmayan xidmətlərdən imtina etməklə büdcəyə qənaət edə bilirlər. Medalın xoş olmayan üzü ondan ibarətdir ki, aviaşirkətlər yeni-yeni ideyalarla müştərilər üçün əlavə xərclər yaratmağa çalışır və diqqətli olmayan müştərilər çox vaxt bu cür “tələ”lərdən yaxa qurtara bilmirlər.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Suriya mövzusu ilә bağlı Әrdoğanla görüşәcәk
19.10.2019
ABŞ-ın Suriyada olmasının məqsədi bilinmir
19.10.2019
“Suriyadan ordunun çıxarılması strateji səhvdir“
19.10.2019
Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb
19.10.2019
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info