Yaqub Mahmudov “Simurq” beynəlxalq medalı ilə təltif edilib
Tarix: 12.03.2019 | Saat: 12:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanda tarix elminin inkişafında, milli-mədəni irsimizin qorunub saxlanmasında böyük xidmətlərinə, ölkəmizdə layiqli, yüksək mədəniyyətli insanlar cəmiyyətinin formalaşdırılmasına və inkişafına verdiyi töhfəyə, vətənpərvərliyinə və yüksək şəxsi mədəniyyətinə görə “Simurq” beynəlxalq medalı ilə təltif edilib. Tarix İnstitutundan verilən məlumata görə, bu medalı Elmi Şuranın iclasında “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov təqdim edib. Yaqub Mahmudov bildirib ki, azərbaycanlı alimlər bütün dünyaya yayılıb və olduqları yerlərdə mədəniyyətin inkişafına töhfə veriblər: “Tarix İnstitutu məktəblilər arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir. İnstitut ilə “Bakı-İstanbul” liseyi arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Alimlərimiz liseyin şagirdlərinə ustad dərsləri keçəcək”. Tədbirdə “Bakı-İstanbul” liseyinin direktoru Zeliha Abdullayeva çıxış edərək, lisey barədə tarixçi alimlərə ətraflı məlumat verib. Bildirilib ki, Tarix İnstitutu “Bakı-İstanbul” liseyinə elmi dəstək verəcək və liseydə institutun nəşrlərinin təqdimatı olacaq. Tarixçi alimlər qeyd ediblər ki, Tarix İnstitutu Türkiyə, Rusiya, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir. İnstituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədləri gətirilib. İnstitutun təşəbbüsü ilə 2018-ci ildə Polşada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb. Yaxınlarda isə Misir, Ukrayna, Çin və digər ölkələrdə də belə mərkəzlərin yaradılması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir
16.10.2019
Akif Əlizadə: AMEA-da magistratura təhsilinə ciddilik artırılmalıdır
16.10.2019
AMEA-nın magistraturasında tədrisin təşkili ilə bağlı ciddi nöqsanlar aşkarlanıb
16.10.2019
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info