Qondarma “DQR”in iki sakini casusluğa görə həbs edildi
Tarix: 24.07.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Onlar separatçı rejimin ordusu, köçürülən Suriya erməniləri haqqında məlumatları Türkiyəyə ötürürmüşlər
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın iki “vətəndaşı” “vətənə xəyanət”də ittiham olunaraq 11 və 10 il həbs cəzasına məhkum ediliblər. “Armenia Today”in yaydığı məlumata görə, Rafael Avakyan və David Barseqyan casusluq etməkdə itthim edilərək həbs ediliblər.
Məhkəmədə onların “virtual casusluğu” sübut olunub. Məhkəmədə qeyd edilib ki, separatçı rejimin ordusunda müqavilə ilə xidmət edən 22 yaşlı Rafael Avakyan və tələbə David Barseqyan sosial şəbəkədə İstanbulda yaşayan Samvel Azatayan adlı şəxslə tanış olublar. Həmin şəxs bildirib ki, İstanbulda hansısa xeyriyyə fondunda çalışır və ona bəzi informasiyalar lazımdır. O, Avakyandan separatçı rejimin ordusunda xidmət edən əsgərlərin sayı, ölən və yaralananlar haqqında, ordunun qidalanması, tibbi təminatı ilə bağlı informasiyalar istəyib. Verilən informasiyalar müqabilində Avakyan bir sıra hədiyyələrlə yanaşı 1000 dollar mükafat alıb. Həmin məbləğin 800 dollarına Azatyanın məsləhəti ilə mobil telefon alıb, 200 dollarını isə tələbə dostuna verib. Tələbə Barseqyan bu mükafatı Kovsakanda məskunlaşan Suriya ermənilərinin şəkillərini çəkib İstanbula göndərdiyinə görə alıb. Onlar məhkəmədə özlərini günahkar bilmədiklərini və internetdə danışdıqarı şəxsin əsl məqsədinin nə olduğunu bilmədiklərini açıqlayıblar. «Casusların» vəkili məhkəmədə bildirib ki, verilən həbs qərarı ədalətsizdir. Çünki hüquqlarını müdafiə etdiyi şəxslər hansısa xeyriyyə fondu ilə əməkdaşlıq etdiklərini düşünüblər. İstintaq isə İstanbulda yaşayan və informasiyaların göndərildiyi şəxsin kimliyini müəyyən edə bilməyib.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
16.01.2019
Sarkozi: “Sizin çox güclü və önəmli ölkəniz var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info