“Avrozonada dövlət borcu ÜDM-in 92,2 faizinə çatıb”
Tarix: 24.07.2013 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


«Avropa dövlətlərinin borcları artmaqda davam edir». Bu haqda məlumat verən «Frankfurter Allgemeine» qəzeti yazır ki, cari ilin birinci rübünün yekunlarına görə, avrozonada dövlət borcu ÜDM-in 92,2 faizinə çataraq 8,7 trilyon avro olub. Bundan əvvəlki rübdə isə bu göstərici 90,6 faiz nisbətində olub.
Qəzet yazır ki, Avropa İttifaqına üzv olan 15 ölkədə iqtiadi vəziyyət pisləşib. Sadəcə Almaniya və Estoniyada borclanma ötən rüblə müqayisədə bir qədər azalıb. Ekspert Filipp Plikert vurğulayır ki, Avropa iqtisadiyyatında borcun orta səviyyəsi ÜDM-in təxminən 85,9 faizini təşkil edir. Bu sahədə rekordçu gözlənildiyi kimi Yunanıstandır. İqtisadi böhran burulğanından çıxa bilməyən Yunanıstanın dövlət borcu 4 dəfə artaraq ÜDM-in 160,5 faizinə (305 milyard avro) çatıb. Dövlət borcu ÜDM-in 125 faizinə yüksələn İrlandiya da rekordçular sırasındadır. Almaniyanın borcu ÜDM-in 81,2 faizini təşkil etməklə 2,15 trilyon avro təşkil edir. Qitənin ikinci böyük iqtisadiyyatı olan Fransanın borcu ÜDM-in 91,9 faizini təşkil edir. Maastrix anlaşmasına görə, Avropa ölkələrində dövlət borcu ÜDM-in 60 faizini keçməməlidir. «Allians» sığorta şirkətinin ekspertləri hesab edirlər ki, ilin axırına kimi Avropa İttifaqı ölkələrində dövlət borcu ÜDM-in 96 faizinə çatacaq və 2015-ci ildən etibarən aşağı düşməyə başlayacaq.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info