Müəllimlərin işə qəbulu üzrə imtahan başlayır
Tarix: 24.07.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Azərbaycanda müəllimlərin işə qəbulu üzrə test imtahanları başlayır. Təhsil Nazirliyindən verilən xəbərə görə, imtahanlar 25 iyul - 7 avqust tarixlərində, hər gün (bazar günlərindən başqa) saat 9:00-dan 18:00-dək keçiriləcək.
Hər bir qrup üzrə imtahana 1 saat vaxt ayrılacaq. Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda aparılacaq. Universitetdə lokal şəbəkə qurulub və serverə qoşulub. 2 imtahan otağında 240 kompyuter yerləşdirilib, mühafizə və təhlükəsizlik təmin edilib. İmtahanda iştirak edən hər bir namizədə fərdi olaraq kompyuterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, metodika və təlim strategiyalarına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur. Bu mərhələni uğurla başa vuranlar üçün 12-16 avqust tarixlərində müsahibə təşkil olunacaq. Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində ayrılmış 3286 vakant yerə 18782 nəfərin ərizəsi qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info