“Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”
Tarix: 12.03.2019 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Saltuk Düzyol:
“Bu hissənin iyulun1-dən Avropaya qaz nəqli üçün hazır olacağı gözlənilir”

İpək Yolu Trans Anadolu Təbii qaz Boru Xətti layihəsi (TANAP) sona yaxınlaşır. Cənub Qaz dəhlizinin ən əhəmiyyətli hissəsi və Azərbaycanın “Şahdəniz-2” sahəsindən çıxarılan təbii qazın Avropaya çatdırılmasına və bölgədəki təbii qaz enerji təhlükəsizliyinə töhfə verəcək olan TANAP-ın, Eskişehirdən Ədirnə- İpsalaya qədər uzanan 2-ci faza inşası da tamamlanıb. Bu barədə “Sondakika.com” saytı xəbər verir.
Trans Anadolu Təbii qaz Boru Xətti (TANAP) layihəsində aprel ayının ortasında mexaniki işlər tamamlanacaq. Ardahanın Posof qəsəbəsindən Türkiyəyə daxil olan və 20 vilayət, 67 qəsəbə və 600 kənddən keçdikdən sonra Ədirnənin İpsala qəsəbəsində Avropaya bağlanan 1850 kilometr uzunluğundakı boru xətti layihəsində sona yaxınlaşılır. Azərbaycandan Avropaya təbii qaz daşıyacaq Cənub Qaz Dəhlizinin ən əhəmiyyətli hissəsi olan TANAP-ın Eskişehirə qədər olan hissəsinin açılışı 12 iun 2018-ci ildə beynəlxalq bir mərasimlə olub və kommersiya qazının ötürülməsinə başlamışdı.
TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib ki, apeldən TANAP boru kəmərinin Avropaya təbii qaz nəql edəcək hissəsində sınaqlara başlanacaq: “Layihənin Faza-0 hissəsi üzrə hazırda Türkiyəyə təbii qaz nəql edilir. Aprelin 15-dən isə Avropaya qaz ötürəcək Faza-1 hissəsində sınaqlara başlanacaq. Bu hissənin iyulun 1-dən Avropaya qaz nəqli üçün hazır olacağı gözlənilir”. O, qeyd edib ki, TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 1 milyard 250 milyon kubmetr Azərbaycan təbii qazı nəql edilib: “Ötən il iyunun 30-dan bu il fevralın 28-dək TANAP-la ümumilikdə 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Əlavə kompressorlarla ötürücülük qabiliyyəti əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırıla bilər”.

"9 böyük Avropa qaz alıcısı Azərbaycan qazı ilə” görüşəcək"

S.Düzyol deyib ki, 2015-ci ildə tikintisinə başlanılan layihədə bu an Avropaya qaz verə biləcək vəziyyətdəyik: “Mexaniki olaraq işlərimizi tamamladıq. Hazırda 1850 kilometrlik boru xəttimizlə yanaşı, 4 ölçmə stansiyası, 49 ədəd blok stansiyası və 2 ədəd kompressor stansiyasını tamamlamışıq. Bu gün MS4 adlandırdığımız, Ədirnənin İpsala qəsəbəsi Sarıcali kəndi yaxınlığındakı 4 nömrəli ölçü stansiyasına gəldik. Türkiyə-Yunanıstan sərhədinə təxminən 5 kilometr məsafə var. Bu nöqtədə qazı Avropada inşa edilməkdə olan boru xəttinə təslim edəcəyik. Burada 9 böyük Avropa qaz alıcısı Azərbaycan qazıyla görüşmüş olacaq. Layihədə təxminən 13 min insan iştirak edib. 7 milyard dollar ətrafında bir vəsait xərclənib. Həm Türkiyə, həm də Azərbaycan üçün strateji əhəmiyyətə sahib olan bu layihə sayəsində, Türkiyə bölgədə bir enerji mövqeyinə gəlmək adına əhəmiyyətli bir müvəffəqiyyəti reallaşdırmış olacaq. Azərbaycan üçün də əhəmiyyətli bir layihə, həm AB ilə olan siyasi əlaqələrin güclənməsi, həm ticarət həcminin artırılması, həm də Azərbaycan iqtisadiyyatının davamlı bir inkişafı təmin edə bilməsi baxımından TANAP əhəmiyyətli bir gəlir qapısı olacaq. AB baxımından da əhəmiyyətli bir layihə, xüsusilə Cənub-Şərqi Avropa ölkələrinin tək qaynaq ölkəyə asılılığını azaltması və qazın qazla rəqabət etdiyi bir bazarda daha aşağı xərclərlə enerji istehlak edə bilməsi baxımından da əhəmiyyət daşıyır”.
TANAP, bir tərəfdən Türkiyənin və Avropanın enerji təhlükəsizliyini təmin edərkən, digər tərəfdən da marşrut üzərində olan vilayət, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafı sürətləndirmə və təbii ehtiyatların qorunması məqsədilə 860 birbaşa qrant, 8 birbaşa investisiya və 8 proqram qatqısı protokolu çərçivəsində minə yaxın layihəni 84 milyon dollarlıq büdcə ilə həyata keçirir. Proqram çərçivəsində bu ana qədər 433 məktəb və ictimai sahədə modernləşmə , 257 heyvandarlıq və arıçılıq layihəsi, 181 infrastruktur layihəsi və 17 yenilənə bilər enerji layihəsi həyata keçirilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info