Abşeron yarımadası öz iqlim tipini dəyişir: Yerli floraya aid bəzi bitkilər tükənir
Tarix: 13.03.2019 | Saat: 09:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron yarımadasının öz iqlim tipini dəyişməsi və bunun da nəticəsində yarımadanın flora tərkibində dəyişikliklər, yerli floraya aid bəzi bitkilərin sayının azalması müşahidə olunub.
İnstitutun elmi işçisi, tədqiqatçılardan biri Rəsmiyyə Əfəndiyeva özəl olaraq Trend-ə bildirib ki, araşdırma nəticəsində Abşeron yarımadasının kontinental iqlim tipindən mülayim iqlim tipinə keçdiyi müəyyən edilib:
"Məlum olub ki, Pirallahı, Türkan və Saray qəsəbələrində torpaqda xlorid şoranlaşma 1,2-1,3 dəfə, karbonat şoranlaşma 1,2-1,7 dəfə, sulfat şoranlaşması 1,3-1,4 dəfə azalıb. Quyu sularının Ceyranbatan suyu ilə əvəzlənməsi, yeni növ bitkilərin ərazinin iqlim tipinə uyğunlaşdırılması (introduksiyası) üçün süni suvarma sistemindən istifadənin artması, torpağın tərkibinin dəyişməsi, nisbi rütübətin artması, illik temperaturun 1,2 dərəcə yüksəlməsi ərazilərdə zəif subtropik iqlim tipinin yaranmasına səbəb olub".
R.Əfəndiyeva qeyd edib ki, Abşeron yarımadasında müxtəlif coğrafi enliklər üçün xas olan, başqa ölkələrdən gətirilmə yeni bitki növlərinin inkişafı başlayıb:
"Abşeron yarımadasında təbii suvarma ilə inkişaf edən bitkilər üstünlük təşkil edir. Amma çox su tələb edən yeni növ bitkilərin yarımadanın iqliminə uyğunlaşdırılması üçün antropogen təsir göstərilir. Antropogen təsirlərin sırasında ilk yeri süni suvarma sistemi tutur. Bitkilərə qulluq üçün suvarma sistemindən geniş istifadə atmosferdə buxarlanmanın artmasına səbəb olur. Bu isə öz növbəsində havada rütubətin miqdarının artmasına gətirib çıxarır. Buna görə də ərazidə kontinental iqlim tipindən mülayim iqlim tipinə keçid baş verir".
Tədqiqatçı deyib ki, hazırda Abseron yarmadasında yerli floraya aid ağac və kolların sayı azlıq təşkil edir: "Yerli floraya aid olan Bakı cuzqunu, artemisia, tamariks agacları artıq məhv olmaq təhlükəsi ilə üz-üzədir".

O əlavə edib ki, sadalanan amillər nəticəsində hazırda Abşeron yarımadasının mədəni florasının çox hissəsi - 67%-i Aralıq dənizi ölkələrinin payına düşür. Əvvəllər isə bu göstərici 40 faizdən yüksək olmayıb.
R.Əfəndiyeva bildirib ki, Aralıq dənizi ölkələrinə aid bəzi bitkilər artıq Abşeron yarımadasının iqliminə tam uyğunlaşıb.
İnstitutun elmi işçisi həmin bitkilərə misal olaraq, maqnoliya (magnoliya grandiflora), fatuniya (photinia serrulata Lindl), oleandr (nerium oleander), yapon əzgili (Eriobotrya japonica), yapon qozu (ligustrum japonicum), olmez kol (pirocanta coccinea), dovşanalması (cotoneaster), şümşad (buxus), Şərq tuyası (biota orientalis) və palmanın adını qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib
29.11.2020
Ağdam rayonunun Şahbulaq kəndindən görüntülər - VİDEO
29.11.2020
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin görüntüləri - VİDEO
28.11.2020
Kəlbəcərin Vəng kəndindən - VİDEOGÖRÜNTÜLƏR
28.11.2020
“France 24” Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
4 “Ezo gəlin” şorbası necə bişirilir?
5 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info