UNEC-də yeni tədqiqat mərkəzləri yaradıldı
Tarix: 13.03.2019 | Saat: 10:54:00 | E-mail | Çapa göndər


Tədqiqatyönümlü universitet olmağı hədəfləyən UNEC-də Aziz Sancar adına “Qida təhlükəsizliyi laboratoriyası”, “Ekonofizika Tədqiqat Mərkəzi”, “Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi” və “Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi”nin yaradılması barədə qərar qəbul olunub. Nobel mükafatı laureatı Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası “Qida məhsullarının texnologiyası” kafedrasının nəzdində fəaliyyət göstərəcək. Laboratoriyada müvafiq istiqamət üzrə elmi-praktiki araşdırmalar aparılacaq, qida məhsullarının müvafiq standartlara uyğunluğu, qida sahəsində normativ-hüquqi akt layihələrinin işlənilib hazırlanması, qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi və s. həyata keçiriləcək.
Ekonofizika Tədqiqat Mərkəzində yeni elm sahəsi olan ekonofizikanın tədqiq edilməsi ilə yanaşı, müasir iqtisadiyyatın və sosiologiyanın aktual məsələləri, o cümlədən iqtisadi proseslərin inkişaf proqnozu təhlil ediləcək.
UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin nəzdində fəaliyyət göstərəcək. KOB-a dəstək məqsədilə yaradılan mərkəzdə gənc mütəxəssis və tələbələrin könüllü olaraq sahibkarlığa təşviqi, KOB-in inkişafı istiqamətində elmi-tədqiqat və innovasiyaların tətbiqinin genişləndirilməsi, startap və biznes inkubator ideyalarının reallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, o cümlədən müvafiq dövlət və özəl maliyyə institutlarına birgə təkliflərin verilməsi nəzərdə tutulub.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Bakı Dövlət Universitetinin işçi heyətinə smart təhsil kartı təqdim edilib
23.11.2020
Ermənilər bu alimlərimizə mane oldular - İsa Həbibbəyli
23.11.2020
AzTU “Improtex Trucks & Busses” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı
20.11.2020
Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib
20.11.2020
ADA Universiteti magistr proqramlarına sənəd qəbulu elan edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info