2019-cu il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlanır
Tarix: 13.03.2019 | Saat: 10:58:00 | E-mail | Çapa göndər


İlk təlim mərhələsində 1000-dən çox şəxs iştirak edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2019-cu il üçün özünüməşğulluq proqramı üzrə “Öz biznesinə başla” adlı təlimlərə başlayır. Martın 18-də başlanacaq təlimlərin ilk mərhələsində özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən 1000 nəfər iştirak edəcək. Bir aylıq təlim müddətində onlara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək. Təlimlər il ərzində davam etdiriləcək. Hər təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılacaq. Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.
Cari ildə 7-8 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Tural




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək
03.12.2020
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
03.12.2020
İşğaldan azad olunan rayonlarda “Hədiyyə karvanı” layihəsi həyata keçiriləcək
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
2 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
3 Зия Буниятов: “На Кавказе апостольской была Албанская, а не Армянская церковь“
4 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
5 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info