SOCAR KBR-ın rəhbərliyi Bakı Ali Neft Məktəbinin tələbələrilə görüş keçirib
Tarix: 13.03.2019 | Saat: 10:59:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) SOCAR KBR MMC-nin rəhbərliyi ilə tələbələr arasında görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, SOCAR KBR MMC-nin İcraçı direktoru Alp Toqay Kurum, şirkətin “Ümid Babək” proyektinin direktoru David Ellis, “Abşeron” proyektinin direktoru Brüs Bakster, Əməliyyatlar üzrə meneceri Nikunj Punkal və Kadrlar üzrə meneceri Səidə Qurbanova, həmçinin BANM-ın əməkdaşları iştirak ediblər. Görüşdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov SOCAR KBR MMC-nin rəhbərinə BANM tələbələrinə olan marağa və onlara karyera və praktika imkanları yaratdıqlarına görə öz təşəkkürünü bildirib.
SOCAR KBR MMC-nin İcraçı direktoru Alp Toqay Kurum tələbələrə şirkətin fəaliyyəti, məqsədi və iş prinsiplərindən danışıb, Ali Məktəbin ötən ilki məzunları arasından işə götürülən gənclərin fəaliyyətindən razı olduğunu bildirib. O BANM ilə SOCAR KBR MMC-nin əməkdaşlığının daimi olacağını bildirib.
Daha sonra şirkətin əməkdaşları David Ellis və Brüs Bakster üzərində çalışdıqları layihələr haqqında tələbələrə məlumat verib, daha sonra mühəndislik karyeraları üzrə inkişaf yolları haqqında məlumat verib. Kadrlar üzrə menecer Səidə Qurbanova isə tələbələrə karyera imkanları, Tələbə təqaüd proqramları və bu proqramlara necə müraciət edilməsi haqqında təqdimatla çıxış edib. Nümayəndələr həmçinin tələbələrin işə müraciət və şirkətdə praktika keçmək ilə bağlı suallarına cavab veriblər. Tədbirdən sonra SOCAR KBR MMC-nin İcraçı direktoru Alp Toqay Kurum və onun başçılıq etdiyi nümayəndə heyəti Ali Məktəbin kampusunu gəzərək buradakı infrastrukturla tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var
20.11.2019
Azərbaycanda mobil operatorlar 776 milyon manatdan çox gəlir əldə edib
20.11.2019
“Azərsun Holdinq” “Qadın Sahibkarlara Yaşıl İşıq” forumuna dəstək verdi
20.11.2019
“Cabmin.gov.az”: Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
20.11.2019
Mikayıl Cabbarov: “Rusiya ilə ticarət dövriyyəsi 20 faiz artıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info