Gömrük Komitəsinin jurnalistlər üçün təlimi başlayıb
Tarix: 13.03.2019 | Saat: 11:09:00 | E-mail | Çapa göndər


Martın 13-də Şəkidə Dövlət Gömrük Komitəsinin “Gömrük islahatları: Şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda jurnalistlər üçün təlimi başlayıb.
Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov komitədə aparılan islahatların milli iqtisadiyyatın inkişafı istiqamətində görülən tədbirlərdən olduğunu bildirib.
Gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasından bəhs edən M.Vahabov onlar üçün təşkil olunan seminarlardan, təlimlərdən danışıb. Qeyd edib ki, komitədə bəzi əməkdaşların vəzifədən sui-istifadə faktları aşkarlanıb. Son bir ildə 30-dək gömrük əməkdaşına qarşı korrupsiya əməlinə görə tədbirlər görülüb.
Təlimin ilk gün “Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Qərarı”, “Gömrük işinin təşkilində risk meyarı. Risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələrlə bağlı təqdimat”, “Yaşıl dəhliz” buraxılış sistemi və ticarətin asanlaşdırılması” mövzuları ilə bağlı təqdimatlar olacaq. Sonra jurnalistlərin “Mazımçay” gömrük postunda “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə əyani tanışlığı nəzərdə tutulub. Təlim martın 15-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi
25.11.2020
Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb
24.11.2020
“Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklər təsdiqləndi
24.11.2020
Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır
23.11.2020
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
2 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
3 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
4 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
5 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info