Dövlət Gömrük Komitəsinin Akademiyasında növbəti xidmətə hazırlıq təlimləri başa çatıb
Tarix: 13.03.2019 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün təşkil edilən növbəti hazırlıq təlimləri başa çatıb. Təlimlərin dinləyicilərinin bir ay ərzində əldə etdikləri bilik və bacarıqları qiymətləndirilib. Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev təlimlər zamanı dinləyicilərin həm nəzəri, həm də təcrübi bilik və bacarıqları əldə etdiklərini söyləyib. Komitə tərəfindən aparılan islahatlardan, görülən işlərdən danışan sədr müavini gömrük xidməti əməkdaşlarının hərtərəfli biliyə, bacarığa, həmçinin yüksək şəxsi keyfiyyətlərə malik olmasının zəruriliyini qeyd edib. DGKA-nın rəisi Qulu Novruzov 5 həftə davam edən təlimlərdə 37 nəfərin iştirak etdiyini deyib. O, dinləyicilərin 4 həftəlik nəzəri dərslərlə yanaşı, komitənin strukturlarında və müxtəlif gömrük xidməti orqanlarında 1 həftəlik təcrübə kursu keçdiklərini də bildirib. Q.Novruzov təlimlərin dinləyicilərinin gömrük orqanlarının müsbət imicinin formalaşmasında böyük rol oynayacağına əminliyini ifadə edərək, onlara uğurlar arzulayıb. Dinləyicilərin sualları cavablandırılıb, müxtəlif suallar ətrafında müzakirələr aparılıb.
Sonra xidmətə hazırlıq təlimlərinin dinləyicilərinin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib. İmtahanda dinləyicilərin nəzəri bilikləri qiymətləndirilib, bununla yanaşı, dinləyicilər hərbi və sıra duruşu nümayiş etdiriblər.
Bu günədək gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş gömrük əməkdaşlarına peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə akademiyada keçirilən xidmətə hazırlıq təlimlərində 100-dən çox əməkdaş iştirak edib. Tədbirdə akademiya rəisinin müavinləri, təlimlərdə tədrisi həyata keçirən professor-müəllim heyəti iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
ADAU-da “Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda elmi-praktik konfrans
06.12.2019
Coğrafiya İnstitutu Almaniyanın Gisen Universiteti ilə əməkdaşlıq edəcək
06.12.2019
ABŞ-da üç türk akamedik ixtiraçılar siyahısına daxil olub
05.12.2019
Dünyada 432-ci, Azərbaycanda 1-ci- UNEC
05.12.2019
Məleykə Abbaszadə: “Doktoranturaya ingilis dilindən qəbul imtahanının DİM tərəfindən keçirilməsi müzakirə olunur“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info