Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib
Tarix: 13.03.2019 | Saat: 11:57:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib. DQİDK-nın mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və dini icmaların sədrləri iştirak ediblər. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət tərəfindən din sahəsinə göstərilən diqqət və qayğı hər zaman özünü büruzə verir. Onun sözlərinə görə, müxtəlif dinlərin və millətlərin nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkəmizdə multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib və bu model dünyaya nümunə kimi təqdim olunmaqdadır. Qeyd edib ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 900-dən çox dini qurum qeydiyyatdan keçib. Milli mənəvi dəyərlərimizin düzgün şəkildə gənclərə çatdırılmasının önəminə toxunan sədrin birinci müavini bu məqsədlə DQİDK-nın tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətində ölkədə mövcud dini konfessiyaların dəstəklənməsinə, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Dini icma sədrlərinə müvafiq tövsiyələrini verən S.Salahlı icmaları dini radikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəal olmağa çağırıb. Dini icma sədrləri vətəndaşların vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluqlarını ifadə ediblər. Sonda dini icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin təqdimatı keçirilib
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info