Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara təşəkkür etdi
Tarix: 13.03.2019 | Saat: 12:02:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 27-ci ildönümü bu il, demək olar ki dünyanın hər yerində geniş formada qeyd olunub. Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycanın diaspor təşkilatları 50-dən çox ölkədə 200-ə yaxın müxtəlif formatlı anım mərasimi təşkil edib. İlk dəfə 20-dən çox diaspor təşkilatı birləşərək Brüsseldə izdihamlı Ümumavropa Qarabağ mitinqi təşkil edib və Azərbaycanın haqq səsini dünyaya çatdırıblar. Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara təşəkkür edib. Komitədən verilən məlumata görə, təşəkkürnamədə deyilir: “Əziz soydaşlar, Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 27-ci ildönümündə göstərdiyiniz həssaslıq, həmrəylik hər birimizə qürur verir. Bir daha sübut olundu ki, xalqımız milli önəm kəsb edən məsələlərdə toparlanmağı, iradəsini ortaya qoymağı bacarır. Xocalı soyqırımı qurbanlarının anımı üçün müxtəlif ölkələrdə keçirilən kütləvi aksiyalar, tədbirlər dünya ictimaiyyətinin diqqətini bir daha xalqımıza qarşı törədilmiş qanlı cinayətə yönəltmək, bu cinayəti törədənlərin ifşa olunması baxımından olduqca əhəmiyyətlidir". Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində keçirilən anım tədbirlərinin təşkilatçıları və iştirakçılarına, bu prosesdə dəstəyini əsirgəməyən şəxslərə və təşkilatlara dərin təşəkkürünü bildirir: "İnanırıq ki, Azərbaycanı həqiqətlərinin dünyada daha ucadan səslənməsi üçün birgə səylərimiz bundan sonra da davam edəcək”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində I plenar iclas keçirilib
14.11.2019
Müxalifətin “mühacir biznesi” iflasa uğrayır
14.11.2019
Almaniya mətbuatı siyasi mühacir alverində şübhəli bilinən azərbaycanlıların saxlanması barədə məlumat yayıb
14.11.2019
Radikal müxalifətin rəzil durumu və bitməz inqilab arzuları
14.11.2019
UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info