Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərini qəbul edib
Tarix: 13.03.2019 | Saat: 12:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də VII Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edərək Azərbaycana Novruz bayramı ərəfəsində gəlmələrindən və Azərbaycan xalqı tərəfindən onlara göstərilən qonaqpərvərlikdən dərin məmnunluq hissi keçirdiklərini bildirdi. Xanım Vayra Vike-Freyberqa dövlətimizin başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi qiyməti yüksək dəyərləndirdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin genişləndiyini vurğulayan Vayra Vike-Freyberqa Mərkəzin İdarə Heyətinə yeni üzvlərin daxil olduğunu və martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun işində 50 ölkədən 500-dən artıq nümayəndənin iştirak edəcəyini vurğuladı. Xanım Vayra Vike-Freyberqa bildirdi ki, “Dünyanın yeni xarici siyasəti” mövzusunda təşkil olunacaq bu Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inkişafından məmnunluğunu bildirən dövlətimizin başçısı Mərkəzin coğrafi əhatə dairəsinin genişlənməsinin, Bakı Forumunun ardınca dünyanın müxtəlif ölkələrində tədbirlər keçirməsinin önəmini qeyd etdi və bunu Nizami Mərkəzinin artan nüfuzunun göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda, Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun dünyada mühüm beynəlxalq platformaya çevrildiyini dedi və bu Forum çərçivəsində qlobal əhəmiyyət daşıyan məsələlər ətrafında müzakirələr aparılmasının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə bundan sonra da ölkəmizin dəstək verəcəyini vurğuladı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti adından dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Macarıstan da “Türk axını”na qoşulur
14.12.2019
Türkiyə Azərbaycana polad ixracını 16 faizədək artırıb
13.12.2019
Azərbaycan yanvarda BƏƏ-yə fındıq ixrac edəcək
13.12.2019
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb
13.12.2019
Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info