“Son bir ildə 30-a yaxın gömrük əməkdaşına cinayət işi açılıb“ - FOTOLAR
Tarix: 13.03.2019 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsi Şəkidə jurnalistlər üçün təlim təşkil edib. "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda keçirilən təlimin açılış mərasimi martın 13-də baş tutub. Tədbirdə çıxış edən Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Gömrük Xidmət General-mayoru Mirqasım Vahabov bildirib ki, "Gömrük islahatları cənab prezidentin müvafiq tapşırıq və sərəncamına uyğun olaraq həyata keçirilir: "Görülən işlər hər kəsin gözü qarşısındadır. Əlbəttə ki, gömrükdə çox böyük dəyişikliklər baş verib. İlk olaraq bu dəyişiklik Azərbaycanın milli inkişafına istiqamətlənmiş tədbirlərdir. Bu baxımdan belə görüşlərin təşkili də bizim üçün böyük əhəmiyyət kəsb edir. Jurnalistlər sərhəd- keçid məntəqələrində də olub, oradakı xidmətlərlə tanış ediliblər. Yəni hər şeyi gözlərinizlə görmüsünüz. Son bir ilin nəticəsi onu göstərirdi ki, şəffaflığı təmin etməyib, bir korrupsiyada əli olan əməkdaşlar hüquq mühafizə orqanına verilib. Son bir ildə 30-a yaxın əməkdaşımıza korrupsiya faktlarına görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb. Çalışırıq ki, gömrük orqanlarında çalışan minlərlə insanın hər biri əhaliyə mədəni xidmət göstərsin. Demək olar ki, bunun öhdəsindən gəlmişik. Kifayət qədər təlimlər keçirilir ki, orada da gömrük əməkdaşları da iştirak edirlər. Bu təlimlərdə də göstərilən xidmətlərlə bilvasitə tanış olacaqsınız. Son illərdə hədəflər müəyyənləşib. Cənab prezident tərəfindən təsdiqlənmiş yol xəritələri mövcuddur. Bu xəritələr ayrı-ayrı sahələri əhatə edir. Müəyyən edilən hədəflerə uyğun olaraq nəticələr də proqnozlaşdırılıb. Bir sıra qanunvericilik aktları da imzalanıb ki, burada biznes, investisiya mühitinin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu hədəflər yerinə yetirildikcə Azərbaycan iqtisadiyyatında artımlar müşahidə olunmaqdadır. Komitə sədrinin kifayət qədər imzaladığı sərəncamlarla ticarətin asanlaşması gömrük xidmətinin daha da yuksekdilmesi istiqamətində işlər görülür. Gömrükdə "Bir pəncərə", "Yaşıl dəhliz" sistemləri ticarətin və digər bu kimi işlərin asanlasmasına yardım edir".
Qeyd edək ki, Kütləvi informasiya vasitələrinin əməkdaşları üçün keçiriləcək təlimin əsas mövzuları Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə 305 saylı Qərarı ilə bağlı, gömrük işinin təşkilində risk meyarı, risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələrlə bağlı və “Yaşıl Dəhliz” buraxılış sistemi və ticarətin asanlaşdırılması ilə bağlı təqdimatlar olacaq. Həmçinin qısa idxal bəyannamələrinin ticarətin asanlaşdırılması və risklərin idarə edilməsindəki rolu, nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməsi, gömrük dəyərinin müəyyən edilməsi, gömrük sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı son yeniliklərlə bağlı təqdimatlar olacaq.
Təlimin sonuncu günüdə qaçaqmalçılıq və gömrük sahəsində hüquqpozmalarla bağlı təqdimat və müzakirələr, gömrük sistemində həyata keçirilən islahatlar və media mövzusuları müzakirə ediləcək. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. Təlim müddətində KİV nümayəndələri “Mazımçay” gömrük postunda “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi ilə əyani tanış olacaqlar. Təlim martın 15-də başa çatacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub
14.12.2019
Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib
14.12.2019
Məşhur idman ustası Milli Məclisə namizəd olur
13.12.2019
“Scale Up“ akselerator proqramının açılış mərasimi olub
13.12.2019
Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Milli qəhrəman ailələri Ümummilli liderin məzarını ziyarət ediblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info