Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir
Tarix: 13.03.2019 | Saat: 14:17:00 | E-mail | Çapa göndər


Şahin Mustafayev: “Azərbaycan Riyad Ticarət və Səudiyyə Palatasının Müştərək İş Adamları Şurasının yaradılması ilə bağlı təklifinə müsbət yanaşır”


İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyri qəbul edib. Görüşdə Haməd bin Abdulla bin Səud bin Xudeyri Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edən Şahin Mustafayev səfirə Azərbaycandakı diplomatik və ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Respublikası Prezidentinin Səudiyyə Ərəbistanına səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli siyasi münasibətlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd edilib ki, iki ölkənin biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir. İqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda və Əl-Riyadda biznes forumlar, Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil edilib. Bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası birgə Komissiyasının iclası, həmçinin iş adamları arasında təşkil edilmiş işgüzar görüş ölkələrimiz arasında əməkdaşlığa töhfə verir. Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 370 milyon dollar investisiya yatırıb, Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir. Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir. Bununla yanaşı, bu ayın əvvəlində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumu (SAGIA) arasında “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı” imzalanıb. Bütün bunlar isə iqtisadi əlaqələrimizin genişlənməsindən xəbər verir. Nazir Şahin Mustafayev Riyad Ticarət və Səudiyyə Palatasının hər iki ölkənin iş adamlarının təmsil olunacağı Müştərək İş Adamları Şurasının yaradılması ilə bağlı təklifinə Azərbaycan tərəfinin müsbət yanaşdığını diqqətə çatdırıb. İqtisadiyyat naziri vurğulayıb ki, Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəkləməsi, münaqişənin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olması, işğalçı Ermənistanla diplomatik münasibətlərin qurulmasından imtina etməsi Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyri Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensialı vurğulayıb, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səy göstərəcəyini bildirib. Görüşdə müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təsərrüfatı, maliyyə, ticarət, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi mövzusunda elmi-praktiki konfrans keçirilib
22.11.2019
Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığa qoşulur
22.11.2019
“Cabmin.gov.az”: Baş Nazir Əli Əsədov Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb
22.11.2019
KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib
22.11.2019
Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzi yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info