Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlandı
Tarix: 13.03.2019 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinə start verilib. Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiri və elektron idarəetmə şöbəsinin əməkdaşları fermerlərin öz məlumatlarını EKTİS sisteminə daxil etməyə köməklik göstərəcək könüllülərə xüsusi təlim keçirilib. Təlimlərdə əməkdaşlara sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah olunub. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Təlim Mərkəzində keçirilən təlimlərə Aqrar İnkişaf Könüllüləri, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları cəlb olunublar. Təlim keçmiş şəxslər Şəki DAİM-də, Şəki “ASAN xidmət” mərkəzində, Orta Zəyzid Baş Zəyzid kəndində yaradılmış səyyar məntəqədə fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Fermerlər bu məntəqələrə yaxınlaşaraq EKTİS-də qeydiyyatdan keçirlər. EKTİS-in tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Şəki “ASAN xidmət” Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb, Səyyar ASAN xidmət avtobusu Orta Zəyzid və Baş Zəyzid kəndində fermerlərə xidmət göstərir.Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə əlaqədar Quba və Şəki rayonlarında pilot layihə həyata keçirir. Quba rayonunda göstərilən səyyar informasiya-məsləhət xidməti çərçivəsində 1000-dən artıq fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Quba və Şəkidə məlumatlandırma prosesi və EKTİS-in tətbiqinin ilkin mərhələsi başa çatdıqdan sonra fermerlərin elektron sistemdə qeydiyyatı bütün ölkə ərazisini əhatə edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14.11.2019
Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artıb
14.11.2019
“Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi: VİDEO
14.11.2019
“Azeri Light”ın bir barreli 67,43 dollara satılır
14.11.2019
Maliyyə Nazirliyinin Kollegiyasının tərkibi dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info