Bu il stolüstü tennisçilərimiz 4 beynəlxalq yarışda 12 medal qazanıblar
Tarix: 13.03.2019 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Məlumat verildiyi kimi, 2019-cu ilin əvvəlindən indiyədək stolüstü tennisçilərimiz 4 beynəlxalq yarışda iştirak ediblər. 4-6 yanvar 2019-cu il tarixlərində Macarıstanın Budapeşt şəhərində yeniyetmələr arasında keçirilmiş stolüstü tennis üzrə beynəlxalq turnirdə 2006-cı il və daha az yaşlılar arasında komanda yarışlarında Arzu Aslanova, Mərziyə Nürmətova və Aysu Ağayevanın daxil olduğu komandamız 3-cü yeri tutaraq bürünc medal qazanıb. Şəxsi yarışlarda isə idmançımız Arzu Aslanova gümüş medala layiq görülüb.
1-2 fevral 2019-сu il tarixlərində Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilər arasında keçirilmiş beynəlxalq turnirdə qızlar arasında şəxsi oyunlarda tennisçimiz Mehriban Dadaşova qızıl, Fatimə Cəfərova isə gümüş medal qazanıb. Oğlanlar arasındakı şəxsi yarışlarda Xaliq Becanov gümüş, Hacımurad Məmmədbəyov isə bürünc medala layiq görülüb. 15-17 fevral 2019-сu il tarixlərində Latviyanın Riqa şəhərində 13 ölkənin iştirak etdiyi Gənclərin Beynəlxlaq Kubokunda 2007-ci il təvəllüdlü oğlanlar arasında oyunlarda Adil Əhmədzadə gümüş, Hüseyn Eylazov bürünc, qızlar arasında yarışlarda isə Arzu Aslanova bürünc medal qazanıb. 2004-cü il təvəllüdlülər arasında Emin Məmmədov bürünc medalla mükafatlandırılıb. 10-13 mart 2019-cu il tarixlərində Qazaxıstanın Çimkənt şəhərində keçirilmiş beynəlxlaq turnirdə komanda yarışlarında Məryəm İmanova və Nəzakət Qarayevadan ibarət yığmamız gümüş, şəxsi yarışlarda isə Məryəm İmanova bürünc medal qazanıb. Ümumilikdə, bu il indiyədək keçirilmiş 4 beynəlxalq yarışda stolüstü tennisçilərimiz 1 qızıl, 5 gümüş və 6 bürünc medal qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
10.11.2019
Azərbaycan sumoçusu Avropa kuboku turnirində qızıl medal qazanıb
10.11.2019
Luis Enrikeylə danışıqlar başladı
10.11.2019
“Barselona” qələbə qazanaraq “Real Madrid” ilə xal fərqini bərabərləşdirib
10.11.2019
Azərbaycan cüdoçuları Kamerunda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar
10.11.2019
İrina Kindzerska Dneprdə yenə birinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info