Azərbaycan Moskvada “Turizm destinasiyasının ən yaxşı təqdimatı” nominasiyasına layiq görülüb
Tarix: 13.03.2019 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Azərbaycan “MITT 2019” sərgisində iştirakını uğurla davam etdirərək təşkilatçılar tərəfindən “Turizm destinasiyasının ən yaxşı təqdimatı” nominasiyası ilə təltif olunub. Stenddə 2019-cu il mayında Bakıda təşkil olunacaq UEFA-nın Avropa Liqasının final kubokunun nümayiş etdirilməsi sərgi iştirakçılarının və ziyarətçilərin böyük marağına səbəb olur. Qeyd edək ki, 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (WTM 2018) sərgisindən başlayaraq bütün beynəlxalq sərgilərdə Azərbaycan stendi yeni loqo və brend konsepsiyasına uyğun olaraq dizayn edilir. Azərbaycan stendi ilin əvvəlində “EMİTT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə “Ən yaxşı təşkil olunmuş stend” nominasiyası ilə təltif olunub.
Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan Moskvada keçirilən “MITT 2019” sərgisində iştirak edir. Mart ayının 14-dək davam edəcək sərgidə ölkəmizi 20-dən çox turizm şirkəti və hotellərin nümayəndələri təmsil edirlər. 26-cı ildir ki, təşkil olunan sərgi turizm sənayesinin əsas iştirakçıları ilə ünsiyyətin qurulmasında və B2B formatlı görüşlərin keçirilməsində xüsusi əhəmiyyətli platforma rolunu oynayır.
Sərgidə iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bir sıra iri turizm şirkətlərinin nümayəndələri və dövlət rəsmiləri ilə görüşlər keçirib, Rusiyanın “Rossiya” kanalına müsahibə verərək, rusiyalı turistləri ölkəmizə dəvət edib və onları Azərbaycana bir daha baxmağa çağırıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
04.12.2020
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
04.12.2020
“Ural Hava Yolları“ Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
04.12.2020
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
04.12.2020
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
4 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
5 Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info